13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Qərbi Azərbaycana qayıdacağına inananların sayı artır - Sorğu
Tarix: 22-02-2023 16:50 | Bölmə: Slayd
Qərbi Azərbaycana qayıdacağına inananların sayı artır

Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə səsləndirdiyi proqram mahiyyətli çıxışını, strateji xəttini əsas götürən, həmçinin mövzunun aktuallığını nəzərə alan Sosial Tədqiqatlar Mərkəzi cəmiyyətin bu məsələyə münasibətini öyrənmək məqsədi ilə ictimai rəy sorğusu keçirib.

Reyting.az
xəbər verir ki, respondentlərə “Prezident Qərbi Azərbaycana (İrəvan, Zəngəzur və Göyçə mahalına) qayıdışla bağlı yeni hədəfləri elan etdi. Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanırsınız?” sualı ünvanlanıb və onlara bir neçə cavab variantı seçmək imkanı təqdim olunub.

Ümumi nəticələr insanların 74.6 faizinin Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını göstərir.

Daha detallı nəzərdən keçirdikdə, respondentlərin 46.5 faizi “tam inanıram”, 28.1 faizi “əsasən inanıram”, 7 faizi “əsasən inanmıram”, 10.40 faizi “heç inanmıram” cavablarını qeyd edib.

Respondentlərin 8.1 faizi cavab verməkdə çətinlik çəkib.

Sorğu nəticəsini gender aspektinə görə təhlil etdikdə, kişilərin 79 faizi, qadınların isə 71 faizi qayıdışın baş tutacağına inandığını bildirib.

Hər iki qrupun tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanması bu istiqamətdəki dinamikanın müsbət seyri baxımından əhəmiyyət təşkil edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər