13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Saakaşvili: “Məni öldürmək üçün xüsusi əməliyyatın son mərhələsidir”
Tarix: 22-02-2023 18:59 | Bölmə: Slayd
Saakaşvili: “Məni öldürmək üçün xüsusi əməliyyatın son mərhələsidir”

“Məni öldürmək üçün xüsusi əməliyyatın son mərhələsindəyik. Bu işdə hamı iştirak edir: “parlamentarilər”, “jurnalistlər”, indi isə klinika”.

Reyting.az
xəbər verir ki, bunu hazırda həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkədə yazıb.

M. Saakaşvili Gürcüstanı və dünyanı bu cinayətkar korporasiyaya öz bəd niyyətlərini həyata keçirməyə imkan verməməyə çağırıb.

Saakaşvili klinikanın həkimlərinin bugünkü mətbuat konfransına da reaksiya verib. Bildirib ki, “Vivamed” onun əsas xəstəliklərinin müalicəsindən imtina edib.

Sabiq prezident yazıb:

“Vivamed” klinikasının həkimlərinin mətbuat konfransında dediyi yeganə həqiqət o idi ki, mənim vəziyyətim çətindir, sürətlə pisləşir və klinika praktiki olaraq heç nə edə bilməz. Bu klinika mənim əsas xəstəliklərimin müalicəsindən imtina etdi. Xüsusilə, ağır metallarla zəhərlənməni...”.

ELÇİN




Bölməyə aid digər xəbərlər