13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Özbəkistanın “Taliban”la dostluğu pozulur
Tarix: 23-02-2023 11:32 | Bölmə: Slayd
Özbəkistanın “Taliban”la dostluğu pozulur

Beş Mərkəzi Asiya ölkəsindən Özbəkistan “Taliban”la ən yaxşı münasibətə malikdir. Lakin son hadisələr özbəklərin Əfqanıstanın hazırkı hakimiyyəti ilə münasibətdə çətinliklərini nümayiş etdirir.

Reyting.az
xəbər verir ki, bu barədə “bne Intellinews” yazıb.

Nəşrin təhlilində deyilir:

Özbəkistan hakimiyyəti və “Taliban” rəhbərliyi - silahlı qrup 2021-ci ilin avqustunda hakimiyyətə qayıtdıqdan və Əfqanıstan ərazisindən heç vaxt qonşu ölkəyə hücum üçün istifadə edilməyəcəyinə söz verdikdən sonra - razılaşma əldə edib.

Özbəkistan “Taliban”ın Əfqanıstanda nəzarəti ələ keçirməsi ehtimalına hazır idi. 2019-cu ilin martında Özbəkistanın o vaxtkı xarici işlər naziri Əbdüləziz Kamilov Dohada “Taliban” nümayəndələri ilə danışıqlar aparıb.

Növbəti avqust ayında “Taliban”ın nümayəndə heyəti Özbəkistana səfər edib.

Özbəkistan və “Taliban” rəsmiləri xarici qüvvələrin Əfqanıstanı tərk etməsindən bir neçə ay əvvəl görüşləri davam etdiriblər.

15 avqust 2021-ci ildə “Taliban” Kabilə daxil olanda Özbəkistan səfirliyi açıq qalıb. 144 kilometrlik (89 mil) Özbəkistan-Əfqanıstan sərhədi boyunca keçidlər, o cümlədən əsas “Dustlik” (“Dostluq”) körpüsü bağlansa da, körpünün hərəkəti həftələr ərzində bərpa edilib.

Özbəkistan Sovet İttifaqının tərkibində olarkən yüksək vəzifəli məmurları yetişən dünyəvi Özbəkistan hökumətinin “Taliban”la çox az oxşarlığı var. Əslində, 1990-cı illərin sonunda “Taliban”ın Əfqanıstanda hakimiyyəti dövründə Özbəkistan hökuməti “Taliban” əleyhinə olan qüvvələrə yardım edirdi. Amma xarici qüvvələrin Həmid Qərzai və Əşrəf Qəni hökumətlərini dəstəklədiyi 20 il ərzində tikilən infrastruktur layihələri Özbəkistan üçün sərfəli və Əfqanıstan üçün əvəzolunmaz olub.

Asiya İnkişaf Bankı (AİB) Özbəkistan və Əfqanıstan arasında elektrik ötürücü xətlərin tikintisini maliyyələşdirməyə köməklik göstərib. Hazırda Əfqanıstanın elektrik enerjisi idxalının 60 faizi Özbəkistanın payına düşür. Əvvəldən qalmış bəzi yarımçıq layihələr tamamlanarsa, bu rəqəmi əhəmiyyətli dərəcədə artıra bilər.

Yanvarın 2-də Daşkənd və Kabil Özbəkistanın elektrik enerjisi tədarükü sazişini 2023-cü ilə qədər uzadıb, lakin yanvarın 13-də Özbəkistan texniki problemləri əsas gətirərək Əfqanıstana elektrik enerjisi ixracını dayandırıb. Yanvarın 22-nə qədər tədarükün hələ də dayandırıldığı və Orta Asiya ətrafında temperaturun aşağı düşməsi ilə “Taliban” sanki səbrini itirib.

Qrupun xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi həmin gün deyib: “Özbəkistan elektrik enerjisini kəsib, indi insanlar problemlərlə üzləşirlər. Qonşular və dostlar çətin anlarda bir-birinə kömək etməlidir”.

Yanvarın 24-də tədarük bərpa edilsə də, elektrikin kəsilməsi ilə bağlı qalan gərginliklər aydın idi. Fevralın 1-də Özbəkistanın “Özbəkistan Dəmir Yolları” dövlət dəmir yolu şirkəti Özbəkistan-Əfqanıstan dəmir yolu nəqliyyatının müvəqqəti dayandırıldığını elan etdi: “Əfqanıstan Dəmir Yolu İdarəsi razılaşdırılmış tədbirləri vaxtında həyata keçirə bilmədiyi üçün...”

Dəmir yolu xətti hər iki ölkə üçün vacibdir. O, Çindən dəmir yolu xətlərinə (Çindən Əfqanıstana ilk yük qatarı 2016-cı ildə gəlib) və Rusiya ilə birləşdirən digər Mərkəzi Asiya dəmir yolu marşrutlarına qoşulur.

Əfqanıstanın “Tolou News” telekanalı dekabrın 5-də bildirib ki, Əfqanıstan Dəmir Yolu İdarəsinin rəisi vəzifəsini icra edən Bəxt Rəhman Şərafat Əfqanıstanın Özbəkistan sərhədindən Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərinə qədər olan dəmir yolunun saxlanması üçün Qazaxıstanın Mansur Fatih şirkəti ilə müqavilə imzaladığını bildirib.

Özbəkistan və Əfqanıstanı birləşdirən “Dustlik” körpüsü 1982-ci ildə tamamlanıb. Bu, avtomobil və dəmir yolu körpüsüdür, ortasında qatar relsləri çəkilir. Dəmir yolu marşrutu Əfqanıstandakı Sovet qoşunlarına təchizat gətirmək üçün nəzərdə tutulmuşdu. Ancaq ölkənin bir neçə kilometr içində sona çatırdı. Beynəlxalq təşkilatların maliyyəsi onun Özbəkistan sərhədindən 75 kilometr məsafədə yerləşən Məzari-Şərifə qədər uzadıb. Uzatma 2011-ci ildə açılıb və o vaxtdan bəri “Özbəkistan Dəmir Yolları”nın törəmə şirkəti olan “Soqdiana Trans” onu idarə edir.

Şərafat, “Sogdiana Trans”-ın "bizə yalnız 22 kilometr, yalnız Hairaton limanına xidmət göstərdiyini" və Qazaxıstan şirkətinin Məzari-Şərifə qədər xətti saxlamağa söz verdiyini söyləyib.

Şərafat, həmçinin Əfqanıstanın Qazaxıstan şirkətinə "illik 4,1 milyon dollar" ödəyəcəyini, "biz “Sogdiana Trans”-a 15 milyon dollar ödəyirdik...", - deyib.

Mənsur Fatih haqqında əlavə məlumat axtarışı Şərafətin şirkətdən bəhs etməzdən əvvəl heç nə üzə çıxarmadı, ona görə də onun dəmir yolu sisteminin idarə edilməsində təcrübəsinin nə olduğu bəlli deyil.

“Tolou News” xəbər verir ki, "Fatih” şirkətinin rəhbərinin müavini Bisn Bai Maxanov “işçilərin sayını potensiala görə artıracaqlarını" - söyləyib.

Dekabrın 7-də “Özbəkistan Dəmir Yolları” bəzi KİV-lərdə dəmir yolu xətti ilə bağlı “təhrif olunmuş məlumatlara” toxunub. O, həmçinin Şərafətin “Dustlik” körpüsü ilə Əfqanıstana birləşdirilən Özbəkistanla sərhəddə yerləşən Termez şəhərində olduğunu xatırladıb və “Sogdiana Trans”-ın Əfqanıstanla müqaviləni itirməsi ilə bağlı açıqlamaları təkzib edib.

Fevralın 8-10-da Termezdə keçirilən görüşdə “Soqdiana Trans” üçün Məzari-Şərifə gedən xəttin daha iki il müddətinə idarə olunması üçün yeni protokol imzalanıb və dəmir yolunun fəaliyyəti bərpa edilib.

Yeri gəlmişkən, Özbəkistan Xarici İşlər Nazirliyi yanvarın 5-də bəyan edib ki, Özbəkistan “Əfqanıstanda qadın və qızların dövlət və özəl ali təhsil müəssisələrində təhsil almasına qadağa qoyulması xəbərini dərin narahatlıqla qarşılayıb”. XİN bildirib ki, Özbəkistan “əfqan xalqının dinc və firavan gələcək qurmaq istəklərini dəstəkləmək əzminin əlaməti olaraq bu qərara yenidən baxılmasını səbirsizliklə gözləyir”.

“Taliban” rəhbərliyi beynəlxalq ictimaiyyətin müxtəlif dairələrinin oxşar tənqidlərini rədd edir, lakin Özbəkistanın şərhlərinə şübhəsiz diqqət yetirir.

Fevralın 16-da Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov “Twitter” səhifəsində yazıb:

“Biz böyük şair Əlişir Nəvainin Əfqanıstanda zədələnmiş abidələri haqqında məlumat almaqdan kədərlənirik”.

Əlişir Nəvai müasir özbəkə çevrilmiş bir dilin əvvəlki forması olan çağatay dilində yazan hörmətli özbək şairidir. O, yazarkən indi Özbəkistanın və Əfqanıstanın tərkibində olan ərazilərdə yazı və şeirlərin çoxu fars dilində yazılıb.

Nəvai Əfqanıstanın Herat şəhərində anadan olub və orada dəfn edilib.

Burxanov qeyd edib ki, “Bəlx vilayətindəki abidələrə qarşı vandalizm Əfqanıstan hökumətinin siyasətini əks etdirmir”, lakin əlavə edib ki, “naməlum şəxslərin icazəsiz və düşünülməmiş hərəkəti olan bu hadisə ümumi tarixi və mədəni irsimizə zərər verə bilər”.

Ən əhəmiyyətlisi odur ki, Əfqanıstana bağlı olan digər tərəflər də var ki, Özbəkistan-“Taliban” ortaqlığına zərbə vurmağa çalışırlar.

Terrorçu “İŞİD Xorasan” Əfqanıstandan Özbəkistan istiqamətində iki dəfə raket atıb. Hər iki hadisə Termez yaxınlığında baş verib, görünür, “Dustlik” körpüsünün təhlükəsiz olmadığını sübut edirlər.

2022-ci ilin aprel ayının ortalarında atılan raketlərin heç biri çayın o tayından Özbəkistan ərazisinə keçməyib, amma iyul ayında atılan bir neçə raket Termez yaxınlığındakı yaşayış massivinə düşüb, evlərə ziyan vurub, lakin heç bir itkiyə səbəb olmayıb.

İnternetdə yayımlanan təbliğatda “Xorasan” Özbəkistanı “Taliban”la münasibətlərinə görə getdikcə daha çox tənqid edir.

Bu yaxınlarda etnik özbək əfqan komandiri, əfqan münaqişələrinin veteranı Əbdürrəşid Dostum (Dostum 1980-ci illərdə sovet tərəfində vuruşmuşdu) Daşkəndi əsir götürdüyü Əfqanıstan hökumətinin döyüş təyyarələri və helikopterlərini Milli Müqavimət Cəbhəsinə (NRF) verməyə çağırmışdı. O, Əfqanıstanın şimal-şərqində hələ də “Taliban”la döyüşür.

2021-ci il avqustun ortalarında “Taliban” Kabilə yürüş edərkən Əfqanıstan hökumət qoşunlarına aid bir neçə təyyarə və helikopter Özbəkistana uçub.

“Taliban”ın müdafiə naziri vəzifəsini icra edən Molla Yaqub (Molla Ömərin oğlu) iki dəfə Özbəkistandan təyyarələri təhvil verməsini tələb edib.

Özbəkistan Dostumun qüvvələrini 1990-cı illərin sonlarında ölkə ilə həmsərhəd bölgələrdə yerləşərkən dəstəkləyib. Lakin Daşkəndin təyyarələri onsuz da onlar üçün bazası olmayan NRF qüvvələrinə vermək şansı azdır. Dostumun Özbəkistana müraciəti “Taliban”a əfqan mülkiyyəti kimi iddia etdikləri hərbi aktivlərin mövcudluğunu xatırladacaq.

Özbəkistanın Dostumla yaxın keçmişdə əlaqələrini nəzərə alsaq, bəzi “Taliban” rəsmiləri yəqin ki, qaçaq təyyarələrin Əfqanıstan daxilindəki düşmənlərinə gedə biləcəyindən şübhələnirlər.

Özbəkistan hökuməti ilə “Taliban” arasında sövdə hələlik davam edir.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər