13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Dünya nüvə savaşı təhdidindən xilas ola bilmir
Tarix: 23-02-2023 14:30 | Bölmə: Slayd
Dünya nüvə savaşı təhdidindən xilas ola bilmir

Dünən Rusiyanın Strateji Hücum Silahları Müqaviləsini (START) dayandırması əksər ölkələrdə narahatlığa səbəb olub. Bəzi eksertlərin iddiasına görə, Rusiya bununla mümkün nüvə müharibəsi istiqamətində ilk addımını atıb. Bundan sonra isə Rusiyanın nüvə silahı və ondan necə istifadə oluna biləcəyi ilə bağlı suallara aydınlıq gətirməyə başlayıblar.

Reyting.az
xatırladır ki, Rusiya prezidenti Vladimir Putin dünənki çıxışında ABŞ-la 2010-cu ildə əldə edilmiş və hər iki nüvə dövlətinin yerləşdirə biləcəyi nüvə silahlarını məhdudlaşdıran Yeni START sazişində iştirakını dayandırdığını açıqlayıb.

Yeni strateji sistemlərin döyüş vəziyyətinə gətirildiyini diqqətə çatdıran Putin deyib ki, Rusiya da nüvə sınaqlarına başlaya bilər.

Qeyd edək ki, Sovet İttifaqının nüvə silahlarına da nəzarət edən Rusiya dünyada ən çox nüvə başlığına malik ölkədir. 2022-ci ilə qədər Rusiya prezidenti Vladimir Putinin nəzarətində təxminən 5977 nüvə başlığı olub.

Amerika Alimləri Federasiyasının analitik mərkəzinin məlumatına görə, ABŞ prezidenti Co Baydenin nəzarətində olan nüvə başlıqlarının sayı 5528-dir.

Bu döyüş başlıqlarının təxminən 1500-ü, ehtimal ki, hələ də toxunulmazdır. 2889 nüvə başlığının ehtiyat, 1588-in isə strateji yerləşdirilmiş döyüş başlıqları olduğu düşünülür.

“Bulletin of Atomic Scientists” bildirir ki, təxminən 812 döyüş başlığı quru ballistik raketlərində, 576-sı sualtı ballistik raketlərdə, 200-ə yaxın isə ağır bombardmançı bazalarda yerləşdirilib.

Çində 350, Fransada 290, İngiltərədə isə 225 strateji nüvə başlığı yerləşdirildiyi bildirilir.

Əsas məsələ nüvə başlıqlarının raketlər, sualtı qayıqlar və bombardmançı təyyarələrlə necə işə salınmasıdır.

Rusiyanın 400-ə yaxın nüvə silahı ilə təchiz edilmiş qitələrarası ballistik raketlərinin olduğu güman edilir. “Bulletin of Atomic Scientists”-in hesablamalarına görə, bu raketlər 1185 döyüş başlığı daşımağa qadirdir.

Rusiyanın maksimum 800 döyüş başlığı daşıya bilən 10 nüvə silahı, nüvə enerjisi ilə işləyən sualtı qayığı və 60-70 nüvə bombardmançısı var.

ABŞ-ın nüvə potensialını, gücünü və siyasətini qiymətləndirən “Nuclear Posture Reviev”in 2022-ci ildəki hesabatına görə, Rusiya və Çin nüvə güclərinin əhatə dairəsini genişləndirir, nüvə imkanlarını modernləşdirir.

Hesabatda qeyd edilir ki, Vaşinqton baha başa gələn silahlanma yarışını cilovlamaq üçün silaha nəzarətə əsaslanan yanaşma tətbiq edəcək. Putin isə ABŞ-ın yeni növ nüvə silahı hazırladığından xəbərdar olduğunu bildirib.

Qeyd olunur ki, Rusiya da nüvə silahlarını modernləşdirir. Silahlara nəzarət siyasətini təşviq etmək üçün yaradılan tərəfsiz Silahlara Nəzarət Assosiasiyasına görə, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra çox az ölkə nüvə silahını sınaqdan keçirib. ABŞ sonuncu dəfə 1992-ci ildə, Çin və Fransa 1996-cı ildə, Hindistan və Pakistan 1998-ci ildə, Şimali Koreya isə 2017-ci ildə nüvə silahını sınayıb.

Rusiyanın nüvə doktrinasına görə, ölkədə həm strateji, həm də qeyri-strateji nüvə silahlarının tətbiqi ilə bağlı son sözü Rusiya prezidenti deyir.

Qafqaz dağlarında Çeget təpəsinin adını daşıyan, içərisində Rusiyanın nüvə kodları olan çanta həmişə Rusiya prezidentinin yanındadır. Rusiyanın müdafiə naziri (hazırda Sergey Şoyqu) və Baş Qərargah rəisinin də (hazırda Valeri Gerasimov) oxşar çantalar daşıdığı güman edilir.

Çeget adlı çanta Rusiya prezidentinə hərbi komandanlıq zəncirinin ən yüksək rütbəli zabitləri ilə əlaqə saxlamağa imkan verir. Bu rabitə Kazbek adlı yüksək məxfi elektron idarəetmə şəbəkəsi tərəfindən təmin edilir. Kazbek sistemi Qafqaz kimi tanınan başqa bir sistemi dəstəkləyir.

Rusiyanın “Zvezda” telekanalının 2019-cu ildə yayımladığı görüntülərdə nüvə kodları olan çantalardan birinin içərisindəki düymələr əks olunub. Çantanın içərisindəki komanda bölməsində iki düymə var: ağ düymədə “başlatmaq”, qırmızı düymədə “ləğv etmək” göstərilir.

“Zvezda”nın məlumatına görə, çantanın aktivləşdirilməsi xüsusi məlumat kartı vasitəsilə həyata keçirilir.

Əgər Rusiya strateji nüvə hücumu ilə üz-üzə olduğunu düşünürsə, prezident nüvə paketləri vasitəsilə Birləşmiş Qərargah rəislərinə və nüvə kodları olan ehtiyat komanda birliklərinə birbaşa buraxılış təlimatları göndərir. Bu təlimatlar addım-addım müxtəlif rabitə sistemlərindən strateji raket qüvvələrinə ötürülür və nüvə silahları Amerika və ya Avropaya atılır.

Rusiyaya qarşı hər hansı nüvə hücumu təsdiqlənərsə, prezident Putin son addım kimi “Ölü əl” kimi tanınan “Perimetr” sistemini işə sala bilər. Bu sistem o deməkdir ki, kompüterlər qiyamətin nə vaxt olacağını müəyyənləşdirir və nəzarət raketi Rusiyanın böyük arsenallarından nüvə zərbələri endirmək əmrini verir.

ELÇİN




Bölməyə aid digər xəbərlər