13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ruslar dünyanı qorxutmağa başlayır - Dünya savaşının mesajı verilir
Tarix: 23-02-2023 19:10 | Bölmə: Slayd
Ruslar dünyanı qorxutmağa başlayır - Dünya savaşının mesajı verilir

Qərb və Avropa ölkələri ilə Rusiya arasında qarşıdurma getdikcə şiddətlənir. Xüsusilə, prezident Putin Rusiyanın Strateji Hücum Silahları Müqaviləsindən (START) çıxdığını elan etdikdən sonra narahatlıqlar daha da artıb. Hazırda Qərb dünyası tərəfindən ciddi təzyiqlərə məruz qalan Çin Rusiya ilə yaxınlaşır - tərəflərin həm də rəqib olmalarına baxmayaraq. Bütün bunların fonunda Rusiyanın rəsmi şəxsləri açıq-aşkar Qərbi III Dünya Müharibəsi ilə hədələyir və nüvə savaşının bir addımlığında olduqlarına dair mesajlar verirlər.

Reyting.az
-ın xəbərinə görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Rybakov bir qədər də irəli gedərək elan edib ki, Qərb dünya xəritəsindən silinəcək.

“Qərb Rusiyanın dünya xəritəsindən silinməsini istəyir, lakin bu baş verməyəcək, əvvəlcə Qərb silinəcək”,-Rybakov deyib.

“Rossiya 1” televiziyasına danışan diplomat bildirib ki, ABŞ Moskvanın öz həqiqətini bütün şəraitlərdə müdafiə etmək əzmini başa düşməlidir:

“Bu gün təkcə Vaşinqtonda deyil, digər Qərb paytaxtlarında da səsi təyin edənlər Rusiyanın belə olmasını istəyirlər. Yuxularında bizi dünya xəritəsindən silirlər, amma bu olmayacaq. Onlar bizdən daha tez məhv olacaqlar”.

Ryabkov qeyd edib ki, Qərb Rusiyanın dünyaya təqdim etdiyi və həqiqətləri özündə ehtiva edən məsələləri hər cür şəraitdə mütləq müdafiə etmək əzmini anlamalıdır: “Strateji Hücum Silahları Müqaviləsində iştirakını dayandırmaq qərarı Rusiyanı nüvə müharibəsinə yaxınlaşdırmır. Gərginliyi ehtiyatsızcasına, son dərəcə dağıdıcı şəkildə, məsuliyyətsiz şəkildə artırmağa davam edənlər, vəziyyəti gərginləşdirənlər dünyanı nüvə müharibəsinə yaxınlaşdıra bilərlər. Bunlar ABŞ və onun əlaltılarıdır. Bu adamlar dünyanı belə bir fəlakətin astanasına gətirir. Biz həm qapalı kanallarla, həm də ictimaiyyət qarşısında xəbərdarlıq etdik”.

Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurasının katibi Dmitri Medvedev isə ABŞ-ın Rusiyanı məğlub etməyə çalışdığını bildirərək deyib ki, əgər ABŞ Rusiyanın məğlub olmasını istəyirsə, deməli, dünya münaqişəsinin astanasındayıq: “Əgər ABŞ Rusiyanı məğlub etmək istəyirsə, bizim özümüzü istənilən silahla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququmuz var. Rusiya qalib gəlmədən əməliyyatı dayandırsa, Rusiya olmayacaq, parça-parça olacaq. Əgər ABŞ Kiyev rejiminə silah verməyi dayandırsa, müharibə başa çatacaq”.

Qeyd edək ki, Medvedevin bəyanatı ABŞ prezidenti Baydenin Polşanın paytaxtı Varşavada verdiyi bəyanata bənzəyir. Bayden Varşavada verdiyi bəyanatda “Rusiya işğalını dayandırsa, müharibə sona çatacaq”,- deyib.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər