13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ukrayna döyüşləri saraydaxili savaşı qızışdırır
Tarix: 24-02-2023 10:20 | Bölmə: Slayd
Ukrayna döyüşləri saraydaxili savaşı qızışdırır

Rusiyanın muzdlu “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin ölkənin müdafiə naziri Sergey Şoyquya və Baş Qərargah rəisi Valeri Gerasimova qarşı “vətənə xəyanət” ittihamlarını davam etdirir.

Reyting.az
xəbər verir ki, Y. Priqojin Baxumtda eyni gündə öldürülən döyüşçülərinin fotolarını sosial şəbəkədə paylaşaraq ruslardan orduya “mərmi təzyiqi” göstərməyi xahiş edib.

Xatırladaq ki, “Vaqner”in təsisçisi Y. Priqojin bir müddət əvvəlki açıqlamasında Moskvadakı “vətəndaş müharibəsi”ni daha gizlədilə bilməyəcəyini deyib.

Rusiya ordusundan daha çox gündəmə gələn və bir müddətdir ki, Ukrayna ordusu ilə toqquşan “Vaqner”çilərin rəhbəri bir neçə gün əvvəl də onlara kifayət qədər hərbi dəstəyin verilmədiyini bildirirək müdafiə naziri ilə Baş Qərargah rəisini ittiham etmişdi: “Bu müharibədə qalib gəlməyimizə mane olanlar düşmənə işləyirlər”.


Y. Priqojin

Qeyd edək ki, bu arada İngiltərə mətbuatı da “Vaqner” qrupunun öldürülmüş əsgərlərinin fotolarını dərc edib. Priqojin isə döyüşçülərinin sursat çatışmazlığından öldüyünə diqqət çəkərək bildirib ki, “Vaqner”ə kifayət qədər mərmi verilsəydi, öldürülən əsgərlərin sayı 5 dəfə az olardı. Onlara sursat verməyənləri ittiham edən Priqojin yenidən Şoyqu və Gerasimovu “top atəşinə tutub”.

Y. Priqojin Telegram kanalı vasitəsilə Rusiya vətəndaşlarına yeni mesaj da göndərib. O, vətəndaşlardan Rusiyanın nizami ordusunun arsenalını Ukraynadakı döyüşçülərlə bölüşmək üçün orduya təzyiq göstərməyi xahiş edib.

“Sürücüdən tutmuş stüardessaya qədər hər kəsin köməyini gözləyən” Priqojin vətəndaşları nümayişə çağırmadığını bildirərək, onları sakitliyə səsləyib.

Bu arada Rusiya Müdafiə Nazirliyi Priqojinin iddialarına cavab verib. Sözügedən açıqlamada cəbhə xəttindəki döyüşçülərin bütün ehtiyaclarının ən qısa zamanda qarşılandığı bildirilib. Açıqlamada “bu cür əsassız bəyanatların düşmənlərə fayda verəcəyi” vurğulanmaqla yanaşı, “Vaqner” qrupunun cəbhə xəttindəki uğurları barədə tərifli ifadələr də işlədilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər