13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
BMT Rusiyaya çağırış edib: qoşunlarını Ukraynadan çıxar!
Tarix: 24-02-2023 11:44 | Bölmə: Slayd
BMT Rusiyaya çağırış edib: qoşunlarını Ukraynadan çıxar!

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Rusiyanın Ukraynaya qarşı müharibəsinə həsr olunmuş xüsusi sessiyasında Moskvanı qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırıb.

Reyting.az
-ın xəbərinə görə, BMT-nin 141 üzvü qətnamənin lehinə səs verib, 7-si əleyhinə olub, 32-si isə bitərəf qalıb.

BMT qətnaməsində Rusiya Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhün əldə edilməsinin əsasını təşkil edən BMT Nizamnaməsinin prinsiplərinə riayət etməyə çağırılır.

Qətnamədə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, o cümlədən ərazi suları daxilində suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sadiqlik bir daha təsdiqlənir.

Rusiya Federasiyasından bütün silahlı qüvvələrini beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukrayna ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarması bir daha tələb edilir.

Bütün tərəflər beynəlxalq hüquqa, o cümlədən hərbi əsirlərlə rəftar və mülki şəxslərin müdafiəsinə riayət etməyə çağırılır.

Mülki əhalinin sağ qalması üçün zəruri olan obyektlərə hücum etməkdən, məhv etməkdən, başqa yerə köçürməkdən və ya yararsız hala salmaqdan çəkinməyin zəruriliyi vurğulanır.

Həmçinin Ukraynanın kritik infrastrukturuna və mülki hədəflərə, o cümlədən evlərə, məktəblərə və xəstəxanalara qarşı qəsdən edilən hücumların dərhal dayandırılması tələb olunur.

BMT, həmçinin, Ukrayna ərazisində törədilmiş cinayətlərin təqsirkarlarının milli və ya beynəlxalq səviyyədə düzgün, ədalətli, müstəqil araşdırma və təqib yolu ilə məsuliyyətə cəlb edilməsinin zəruriliyini bəyan edir.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər