13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Moldovada müharibə təhlükəsi artır
Tarix: 24-02-2023 13:01 | Bölmə: Slayd
Moldovada müharibə təhlükəsi artır

Ukraynanın şərqindəki kimi rusiyayönlü separatçıların olduğu Moldovada da gərginlik artmaqdadır.

Reyting.az
xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin (MN) açıqlamasında Ukraynanın birtərəfli qaydada müstəqilliyini elan etmiş Moldovanın rusiyapərəst Dnestryanı bölgəsinin işğalına hazırlaşdığını bəyan etməsi bu əraziyə diqqəti daha da artırıb.

Rusiya MN-nin açıqlamasında iddia olunur ki, Ukrayna Dnestryanıdakı Rusiya qüvvələrinə hücum üçün bölgəyə əlavə hərbi qüvvə cəmləşdirir.

Məlumata görə, Ukrayna Dnestryanı ilə sərhəddinə xeyli sayda hərbi qüvvə yerləşdirib. Bundan əlavə, Dnestryanı üzərində Ukrayna ordusuna məxsus PUA-ların uçuşlarında da artım müşahidə olunur.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin iddiasına görə, Qərb ölkələri Moldovadakı Avropa İttifaqına meylli hökumətə Dnestryanı ilə əlaqəni kəsməyi əmr edib.

Moldovadan bu iddialara cavab gecikməyib. Hökumət Rusiyanın bu iddialarını rədd edib və əhalini sakitliyə çağırıb.

Açıqlamada qeyd olunur ki, hökumət xarici tərəfdaşlarla mümkün təhdidlər üzərində işləyir və aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq.

Kişinyovdakı hökumət rəsmiləri Rusiyanın iddialarını “psixoloji əməliyyat” kimi qiymətləndirir. Moldova prezidenti Maya Sandu bu ayın əvvəlində Moskvanı ölkədə dövlət çevrilişi hazırlamaqda və Dnestryanını müharibəyə sürükləməyə çalışmaqda ittiham edib.

Xatırladaq ki, Moldovanın Qərbyönlü ökuməti ötən ilin iyununda Ukrayna ilə eyni gündə Avropa İttifaqına namizəd olub. 2,6 milyon əhalisi olan Moldova Avropanın ən kasıb ölkələri sırasındadır və Ukraynadakı müharibədən maliyyə cəhətdən zərər çəkib.

Bir çox cəhətdən Dnestryanı Ukraynanın şərqindəki rusiyayönlü separatçıların birtərəfli qaydada müstəqillik elan etdiyi bölgəyə bənzəyir.

1991-ci ildə Moldova Sovet İttifaqını tərk etdikdən sonra Rusiyanın dəstəklədiyi Dnestryanı bölgə birtərəfli qaydada müstəqilliyini elan edib. Moldova ilə Dnestryanı arasında başlayan münaqişələr 1992-ci ildə atəşkəslə başa çatıb.

BMT-yə üzv olan heç bir dövlət tərəfindən tanınmayan separatçı Dnestryanı bölgənin öz parlamenti, ordusu və polisi var. Təxminən 500 min əhalisi olan Dnestryanı bölgədə əhalinin əksəriyyəti Moldova ilə yanaşı Rusiya pasportlarını da daşıyırlar. Bölgədə əksəriyyət Rusiyaya bağlanmaq istəyir, lakin ölkənin Rusiya ilə quru əlaqəsi yoxdur.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər