13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ukraynada sülh planı açıqlanıb
Tarix: 24-02-2023 14:50 | Bölmə: Slayd
Ukraynada sülh planı açıqlanıb

Çin Xarici İşlər Nazirliyi Ukraynada sülh yolu ilə nizamlanma planını açıqlayıb. Reyting.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin ildönümündə dərc edilən plan 12 bənddən ibarətdir.

Əsas məqamlar sülh danışıqlarının bərpası və hərbi əməliyyatların dayandırılmasıdır. Pekin tərəfləri bütün ölkələrin suverenliyinə, BMT Nizamnaməsinə hörmət etməyə və soyuq müharibə zehniyyətindən əl çəkməyə çağırır.

Sənəddə deyilir ki, Ukrayna böhranının yeganə həll yolu dialoq və danışıqlardır:

“Böhranın sülh yolu ilə həllinə kömək etmək üçün bütün səylər təşviq edilməli və dəstəklənməlidir. Beynəlxalq ictimaiyyət sülh danışıqlarının asanlaşdırılması üçün düzgün yanaşmaya sadiq qalmalıdır”.

Plan humanitar böhranın həllini, mülki əhalinin və hərbi əsirlərin müdafiəsini, o cümlədən mübadilə üçün əlverişli şərait yaratmaqla təmin etməyi təklif edir.

Sənəddə atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsinə, nüvə münaqişəsinə və kimyəvi və ya bioloji silahların istifadəsi risklərinin azaldılmasına da diqqət çəkilir.

Nizamlanmanın iqtisadi məsələlərinə gəlincə, Çin Qara dəniz sazişi çərçivəsində taxıl ixracını asanlaşdırmağı, birtərəfli sanksiyaları və dünya iqtisadiyyatından siyasi məqsədlər üçün istifadəni dayandırmağı, istehsal və təchizat zəncirlərinin bərpasını təklif edir.

Yekun paraqrafda Pekin münaqişənin başa çatmasından sonra Ukraynanın yenidən qurulmasına yardım göstərməyə çağırıb və bu işdə konstruktiv rol oynamağa hazır olduğunu bildirib.

Xatırladaq ki, fevralın 22-də Çinin BMT-dəki nümayəndəsi Z. Jun Ukraynadakı vəziyyəti həll etmək üçün Çinin sülh planının yaxın gələcəkdə təqdim ediləcəyini vəd edib. O, həmçinin bildirib ki, Çin Rusiya və Ukraynanı atəşi dayandırmağa və mümkün qədər tez sülh danışıqlarına başlamağa çağırır.

V. QULİYEV
Reyting.az

P. S.
Çinin sülh planının əsli ilə tanış olmaq üçün aşağıdakı linkə daxil olun:

My Webpage




Bölməyə aid digər xəbərlər