13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Gömrükçülər idxal malları üzərində araşdırmanı meyitin qəbirdən çıxarılması maddəsi ilə aparıb
Tarix: 25-02-2023 13:02 | Bölmə: Slayd
Gömrükçülər idxal malları üzərində araşdırmanı meyitin qəbirdən çıxarılması maddəsi ilə aparıb

Son vaxtlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişiklikləri olsa da, bu qurumun ayrı-ayrı vəzifəli şəxslərinin əməllərindən narazılıqlar səngimir. Bəzi sahibkarlar iddia edirlər ki, kadr dəyişikliklərinə baxmayaraq idxal-ixrac prosesində yenə qanunsuzluqlarla üzləşir, onlardan əvvəlki kimi əlavə rüsum ödəmək tələb olunur və bununla bağlı Gömrük Komitəsinin yüksək vəzifəli şəxslərinə şikayətləri lazımi səviyyədə araşdırılmır.

Reyting.az
-a daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsinin struktur bölmələrindən birinin Təhqiqat şöbəsinin rəisi, onun müavini və təhqiqatçısından ibarət istintaq qrupu daha bir qanun pozuntusuna yol verib.

Bildirilir ki, istintaq qrupu Cinayət Prosessual Məcəlləsinin 237-ci Meyitin qəbirdən çıxarılması (ekshumasiya) maddəsinə əsaslanaraq sahibkarın idxal mallarından nümunələr götürüb, qanunsuz araşdırma aparıb və həmin qondarma iş məhkəməyə göndərilib. Çox güman ki, bu rüsvayçılıqdan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məlumatı olmayıb. Əks halda, bəlkə də, bunun qarşısı alınardı.

Reyting.az-ın əməkdaşı istintaq qrupunun bu qanunsuzluğunu araşdırmaq üçün hələlik adını çəkmək istəmədiyi sahibkarla əlaqə saxladıqda, o, istintaq qrupunun qanunsuz əməlini təsdiqləyib. Amma hazırda Bakı şəhərində olmadığı üçün lazımi materialları redaksiyaya təqdim edə bilmədiyindən bir neçə gün gözləməyi məsləhət görüb. Redaksiya qanunsuzluqla üzləşmiş sahibkarla yanaşı Dövlət Gömrük Kömitəsinin də məsələyə münasibətini öyrənməyə çalışır.

ELÇİN




Bölməyə aid digər xəbərlər