13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Çin Rusiyaya silah verilməsi imkanını nəzərdən keçirir
Tarix: 26-02-2023 09:42 | Bölmə: Slayd
Çin Rusiyaya silah verilməsi imkanını nəzərdən keçirir

Çin hakimiyyəti Ukraynaya qarşı istifadə üçün Rusiyaya öldürücü silahların verilməsi imkanını nəzərdən keçirir. Pekin hələlik bununla bağlı yekun qərarını verməyib. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns bildirib.

MKİ direktoru CBS News telekanalına müsahibəsində deyib ki, ABŞ prezidenti Co Bayden administrasiyası rəsmi Pekini belə bir addımdan çəkindirməyə çalışır.

U. Börns diqqətə çatdırıb ki, Rusiyaya öldürücü silahların faktiki tədarükünə dair dəlilləri görmürlər: “Buna görə də Blinken və prezident belə bir addımın nəticələri ilə bağlı aydın şəkildə izahat verdilər”.


Uilyam Börns

MKİ direktoru hesab edir ki, Çin hakimiyyəti də belə bir qərarın nəticələrini ölçüb-biçməyə çalışır və eyni zamanda, Çin lideri Si Cinpin Rusiyanın Ukraynaya təcavüzünün gedişatını diqqətlə izləyir.

U. Börnsün fikrincə, Putinin Ukraynadakı təcrübəsini, müharibənin inkişafını Si Cinpin qədər yaxından izləyən heç bir xarici lider yoxdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər