13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ukrayna ordusu yazda hücuma keçəcək
Tarix: 26-02-2023 11:23 | Bölmə: Slayd
Ukrayna ordusu yazda hücuma keçəcək

Ukrayna ordusu yazda Rusiya qoşunlarına qarşı hücuma keçməyə hazırlaşır. Hücumun dəqiq vaxtı digər məsələlərlə yanaşı, Qərb silahlarının ölkəyə tədarükündən asılıdır.

Reyting.az
DW istinadla xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski deyib.

Məlumata görə, Ukrayna ordusunun strateji məqsədlərindən biri də Krımdakı Rusiya qoşunlarına zərbə vurmaqdır.

Skibitski əlavə edib ki, Ukrayna Rusiyadakı, o cümlədən Belqorod vilayətindəki sursat anbarlarına da zərbələr endirəcək.

Rəis müavini diqqətə çatdırıb ki, gözlənilən əks-hücumun məqsədi Krım da daxil olmaqla Ukraynanın bütün işğal olunmuş ərazilərini azad etməkdir.

Skibitski deyib ki, Ukrayna ordusu 1991-ci il sərhədləri daxilində ölkənin ərazi bütövlüyünü bərpa etdikdən sonra dayanacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər