13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Maqnit qasırğası başlayır
Tarix: 27-02-2023 11:09 | Bölmə: Slayd
Maqnit qasırğası başlayır

24-25 fevral tarixlərində Günəş səthində baş vermiş alışmalar hesabına yaranan Tac Kütlə Atılmasının (Coronal Mass Ejection – CME) fevralın 27-də Yerə çatacağı və onun təsirinin fevralın 28-dək davam edəcəyi proqnozlaşdırılır.

Reyting.az
xəbər verir ki, bu barədə Bakı Dövlət UniversitetininFizika fakültəsinin Astrofizika kafedrasından bildiriblər.

Məlumata görə, fevralın 24-də baş vermiş CME-nin təsirindən fevralın 27-də Yerdə geomaqnit sahə G2 (orta) qasırğa səviyyəsinə yüksələcək.

Fevralın 28-də bu təsirin saxlanacağı, martın 1-də isə geomaqnit sahənin qeyri-stabil - aktiv səviyyədə olacağı, bəzi saatlarda G3 (güclü) səviyyəsinə yüksələcəyi proqnozlaşdırılır.

Fevralın 27-si üçün Günəşdə alışmaların başvermə ehtimalı C sinif (Yerə təsir edə bilməyən) alışmalar üçün 99 faiz, M sinif (zəif və az təsirli olaraq radiodalğaların yayılmasını əngəlləyən) alışmalar üçün 65 faiz və X sinif (güclü) alışmalar üçün isə 15 faizdir.

Geomaqnit qasırğası risk qrupuna daxil olan xroniki xəstələr, yaşlı insanlar və uşaqların səhhətində narahatlıq-diskomfort hissi yarada bilər. Meteohəssas insanlara həkimlərin məsləhəti ilə profilaktik tədbirlər görmələri tövsiyə olunub.(APA)




Bölməyə aid digər xəbərlər