13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Türkiyədə yenə zəlzələ: ölən və yaralılar var - (Yenilənib)
Tarix: 27-02-2023 17:00 | Bölmə: Slayd
Türkiyədə yenə zəlzələ: ölən və yaralılar var - (Yenilənib)

Türkiyənin Malatya şəhərində yenə zəlzələ olub.

Reyting.az
xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilir ki, şəhərin Yeşilyurt rayonunda yerli vaxtla saat 12.04-də 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Məlumata görə, zəlzələ dağıntılara səbəb olub və axtarış-xilasetmə briqadaları ərazidə fəaliyyətə başlayıb.

Zəlzələdən Kahramanmaraş, Adıyaman, Elazığ və Qaziantepin də təsirləndiyi bildirilir.

***

Bu gün Türkiyənin Malatya bölgəsindəki zəlzələ zamanı ilkin təxminlərə görə, 22 bina dağılıb.

Bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer deyib.

AFAD rəhbəri Yunus Sezer isə 1 nəfərin öldüyünü, 69 nəfərin yaralandığını bildirib.

***

Malatyadak bugünkü zəlzələdə yaralananların sayı 110 nəfərə yüksəlib.

Reyting.az
xəbər verir ki, bunu AFAD rəhbəri Yunus Sezer açıqlama vberib.

E. ARAZ





Bölməyə aid digər xəbərlər