13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Kiyevi sülh danışıqlarına sürüyürlər
Tarix: 27-02-2023 18:40 | Bölmə: Slayd
Kiyevi sülh danışıqlarına sürüyürlər

Avropalı tərəfdaşları Ukraynanı Rusiya ilə sülh danışıqlarına getmək məcburiyyətində qoymağa çalışır.

Reyting.az
“Bild” qəzetinə istinadla xəbər verir ki, Qərb Moskva ilə danışıqlar masasına oturmaq üçün Kiyevə təzyiqi artırır.

Nəşrin yazdığına görə, əgər Ukrayna ordusu payıza qədər əhəmiyyətli uğurlara nail olmasa, Qərb Kiyevə qarşı belə bir addımı atmağı planlaşdırır.

Məlumatda o da qeyd olunur ki, Kiyevin əldə etdiyi yeni silahlar ona payıza qədər böyük əraziləri azad etməyə imkan verəcək. İntəhası, əks-hücum iflasa uğrayacağı təqdirdə, Ukrayna rəhbərliyinə Rusiya ilə sülh danışıqlarına getməsi üçün daha böyük təzyiqlər göstəriləcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər