13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
İran Azərbaycanda terror törətmiş ermənilərə kömək təklif edir - Foto
Tarix: 27-02-2023 20:06 | Bölmə: Slayd
İran Azərbaycanda terror törətmiş ermənilərə kömək təklif edir

İran Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətinə dəstəyini davam etdirir. Fars-molla rejiminin Ermənistana və Qarabağdakı separatçılara dəstəyi isə təkcə silah-sursatın verilməsi, kəşfiyyat məlumatlarının ötürülməsi və diversiya qruplarının göndərilməsi ilə yekunlaşmır. İran, həm də vaxtilə Azərbaycan ərazilərinə soxularaq çoxsaylı terror hadisələri, dini abidələrə qarşı vandalizmi aktları və digər hərbi cinayətlər törətmiş ermənilərə kömək təklif edir.

Reyting.az
-ın xəbərinə görə, İran tərəfi, hərbi birliklər formasında və qeyri-qanuni yolla Azərbaycan ərazilərinə soxularaq 2020-ci il müharibəsi zamanı əlil olmuş Ermənistan vətəndaşlarına reabilitasiya xidmətləri göstərməyə və bunun üçün ən yaxşı təcrübələrini bölüşməyə hazırlaşır. Bunu İranın əmək və sosial rifah naziri Seyid Soultan Mortazavi fevralın 27-də İrəvanda Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyanla görüşündə deyib. Mortazavi bildirib ki, bunun üçün iki ölkə arasında sıx və səmərəli əməkdaşlıq inkişaf edir.



İranlı nazir diqqətə çatdırıb ki, Ermənistanla sosial müdafiə sahəsində səylərin əlaqələndirilməsinə böyük əhəmiyyət verirlər.

Onu da qeyd edək ki, İranın Ermənistana digər dəstəyi birgə məktəblərin yaradılması ilə bağlıdır. Nazirlər bu məsələni də müzakirə ediblər.

Bundan əlavə, nazirlərin Sünik bölgəsində müstəqil erməni-İran mərkəzinin yaradılması imkanlarını da müzakirə etdiyi bildirilir.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər