13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Saakaşvilinin vəziyyəti kritik həddə çatıb - Foto
Tarix: 27-02-2023 23:47 | Bölmə: Slayd
Saakaşvilinin vəziyyəti kritik həddə çatıb
Mixail Saakaşvili


Tbilisi şəhərindəki klinikalardan birində müalicə olunan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəziyyəti kritik həddə çatıb. Çəki itirməsi belə davam edərsə, geridönməz proseslər başlaya bilər. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə bazar ertəsi Gürcüstan Ombudsman Aparatının həkimi Giorgi Qriqoliya bildirib.

Qriqoliya jurnalistlərə deyib ki, Saakaşvili arıqlayır, əzələ və artıq sümük toxumasının məhvi prosesi gedir. Bu isə onun adekvat müalicə almaması səbəbindən baş verir.

Həkimin sözlərinə görə, sabiq prezidentin çəkisi 55 kiloqrama düşərsə, o zaman geridönməz proseslər başlayacaq və o, yataq xəstəsi olacaq.

Qriqoliya qeyd edib ki, hazırda Saakaşvilinin çəkisi 64 kiloqramdır, lakin arıqlama davam edir.



Xatırladaq ki, Ombudsman Aparatının həkimləri fevralın 19-da Saakaşvilini müayinə ediblər. Həkimlər qrupunun rəsmi rəyində deyilir ki, xəstədə tarazlıq və koordinasiya itkisi, psixi funksiyaların azalması, bədən toxumalarının öz-özünə parçalanması prosesi, əzələ atrofiyası, periferik və vegetativ neyropatiya başlanıb.

Saakaşvilinin ailə üzvləri siyasətçinin vəziyyətinin ağır olması barədə gündəlik məlumat verirlər. Bundan əvvəl müstəqil həkimlər Saakaşvilinin ağır metallarla zəhərləndiyini bildiriblər.

Onu da qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi hazırda həbsdə olan Saakaşvilinin xaricdə müalicəsi üçün həbs cəzasının mümkün möhlətinə dair işə baxıb, lakin məhkəmə vəkillərin vəsatətini təmin etməyib.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər