13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rasim Musabəyov: “Kreml uzunmüddətli müharibəyə hazırlaşır”
Tarix: 28-02-2023 13:32 | Bölmə: Slayd
Rasim Musabəyov: “Kreml uzunmüddətli müharibəyə hazırlaşır”

“Bir il əvvəl Rusiyanın Ukraynaya təcavüzü ərəfəsində nə mən, nə də dünyanın əksər siyasətçiləri və analitikləri onun başlanma tarixini birbaşa deyən ABŞ və Böyük Britaniya kəşfiyyatlarının xəbərdarlıqlarına inanmırdıq. Nəticədə hamımız yanıldıq. Axı, belə bir işğal absurd görünürdü”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Politoloq R. Musabəyov əlavə edib ki, amma həmin vaxt ABŞ-la yanaşı digər ölkələrin kəşfiyyat xidmətləri, eləcə də bəzi analitiklər Ukrayna Silahlı Qüvvələrinin qısa müddət ərzində məğlub olacağını və Kiyev şəhərinin işğal ediləcəyini proqnozlaşdırmaqla yanılıblar: “Həmin vaxt səfirliklərin əksəriyyəti Lvova, hətta Polşaya köçürüldü, prezident Zelenskiyə və hökumətinə isə təhlükəsiz yerə köçürülməklə bağlı kömək təklif olundu. Amma Ukrayna sağ qaldı, qəhrəmancasına mübarizə aparır və əvvəllər rus qoşunları tərəfindən işğal edilmiş ərazilərin əhəmiyyətli hissəsinə nəzarəti bərpa edir.

Digər səhv Rusiya iqtisadiyyatında fəlakətli tənəzzül, dolların 200 rubl səviyyəsində olacağı, Qərbin genişmiqyaslı sanksiyaları nəticəsində istehlak bazarının qeyri-mütəşəkkilliyi proqnozlaşdırılan zaman baş verdi. Düzdür, sanksiyaların mənfi nəticələri hiss olunur, lakin Rusiya iqtisadiyyatı sağ qalıb. Amma durğunluq, texnoloji gerilik dərinləşəcək. Bütün bunlar uzunmüddətli perspektivdə olur. Hələlik isə Kreml səfərbər olunub və uzunmüddətli müharibəyə hazırlaşır”.

Deputatın sözlərinə görə, hazırda üstünlük təşkil edən fikir ondan ibarətdir ki, prezident Putin və Rusiya hərbçiləri hətta Ukraynada tam uğursuzluq halında belə, nüvə silahına əl atmayacaqlar: “Bu onunla əsaslandırılır ki, onun taktiki çeşidlərinin istifadəsi döyüş meydanında üstünlüyü təmin etmir və strateji istifadə intihara bərabərdir”.

R. Musabəyov ümid edir ki, Ukrayna müharibəsi ilə bağlı dördüncü səhv baş verməyəcək. “Amma bu müharibə davam etdiyi müddətdə dünyanın dinc yatması çətin olacaq. Sonda isə demək istəyirəm ki, mən, Ukrayna Silahlı Qüvvələrinin, xeyirxahlığın və sağlam düşüncənin qələbəsinə inanıram”, - R. Musabəyov əlavə edib.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər