13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Tarif Şurası dərmanlarla bağlı qərar verib
Tarix: 28-02-2023 18:00 | Bölmə: Slayd
Tarif Şurası dərmanlarla bağlı qərar verib

28 fevral 2023-cü ildə Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib.

Reyting.az
-ın xəbərinə görə, iclasda yeni dövlət qeydiyyatına alınan 50 dərman vasitəsinin qiyməti təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 32 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiqlənmiş Qaydalara və Tarif Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər olunub.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarla Tarif Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

My Webpage




Bölməyə aid digər xəbərlər