13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Eldar Namazov: “Laçın yolu ilə bağlı iki konseptual yanaşma var”
Tarix: 02-03-2023 12:54 | Bölmə: Slayd
Eldar Namazov: “Laçın yolu ilə bağlı iki konseptual yanaşma var”

“Laçın yolunun gələcəyi ilə bağlı iki konseptual yanaşma mövcuddur və ermənilər düzgün seçim etməlidir”.

Bunu Reyting.az-a politoloq Eldar Namazov deyib.

E. Namazovun fikrincə, birinci yanaşma ondan ibarətdir ki, bu yol yalnız ermənilər üçündür, onlar nəzarətsiz olaraq oradan silah-sursat daşıya, Ermənistan qoşunlarını hələ də Azərbaycan ərazisində rotasiya etdirə, qanunsuz iş aparılan mədənlərdən qızıl və mis filizlərini çıxarıb daşıya bilərlər: “Bu, düşmənçiliyin, qarşıdurmanın davam etməsi anlayışıdır və bu konsepsiyada sərhəd və gömrük postlarına yer yoxdur”.

Politoloqun sözlərinə görə, ikinci yanaşma ondan ibarətdir ki, bu yol təkcə ermənilər üçün deyil, həm də Qarabağda yaşayan azərbaycanlılar üçündür: “O yol ki, Ermənistan və Azərbaycanın bütün vətəndaşları qanunları pozmadan qarşılıqlı səfərlər edə, humanitar və ticarət əlaqələri saxlaya bilsinlər. Bu, sülh və əməkdaşlıq anlayışıdır. Ona görə də, sərhəddə, bütün sivil dünyadakı kimi keçid qaydalarını təmin edən sərhəd və gömrük postları olmalıdır”.

E. Namazov əlavə edib ki, Ermənistanın etməli olduğu seçim Laçın yolunda sərhəd və gömrük postlarının olub-olmaması deyil: “Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyini seçməlidir: düşmənçilik və qarşıdurma anlayışı və yaud sülh və əməkdaşlıq konsepsiyasını. Bu, onların seçimidir”.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər