13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Nüvə təhdidlərinə qarşı hərəkət başlayıb, məxfi kanallar işə salınıb
Tarix: 02-03-2023 14:24 | Bölmə: Slayd
Nüvə təhdidlərinə qarşı hərəkət başlayıb, məxfi kanallar işə salınıb

Rusiyanın Strateji Hücum Silahları Müqaviləsindən (START) çıxması bu ölkə ilə ABŞ arasında münasibətləri daha da gərginləşdirib. Artıq Rusiya rəsmiləri nüvə təhdidindən çəkinmirlər.

Reyting.az
xəbər verir ki, Rusiyanın nüvə silahlarının nəzarətdə saxlanılmasını nəzərdə tutan müqavilədən kənarlaşması ABŞ-ı əlavə tədbirlər görmək məcburiyyətində qoyub. ABŞ Rusiyanın bu hərəkətinin ona baha başa gələ biləcəyini nümayiş etdirmək üçün “Qiyamət” adlandırılan xüsusi təyyarəsini Avropaya göndərib. Bayden administrasiyasının bu addımı Rusiyanın nüvə münaqişəsinin təhdidinə qarşı Vaşinqtonun cavabı sayıla bilər.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 16 təyyarədən birinin dünən İslandiyadakı hərbi hava limanlarından birinə endiyini açıqlayıb. Amma təyyarənin Avropaya göndərilməsi haqda öncədən məlumat verilməyib.

Avropadakı Amerika komandanlığı bildirib ki, “Qiyamət təyyarəsi” kimi təqdim edilən “E-6B Merkuri” Avropada ABŞ-ın məsuliyyət zonasında fəaliyyət göstərmək üçün İslandiyadadır.



Xatırladaq ki, “Boeing” şirkəti tərəfindən hazırlanmış “E-6B Merkuri” yalnız silah kimi anti-təyyarə sistemləri daşıyır və mümkün nüvə müharibəsində strateji əhəmiyyətə malikdir. Təyyarədəki bir sıra müşahidələr və rabitə cihazları sayəsində ABŞ quruda, hava və dənizdə bütün strateji və taktiki qoşunlarla daim təmasda ola bilir. Təyyarədəki sistemlər də uzaq bir əmrlə quruda yerləşdirilən qitələrdəki raketləri alovlandırmaq qabiliyyətinə malikdir. 5 nəfər heyəti olan, 17 hərbi operator tərəfindən idarə edilən təyyarə Pentaqonla daim qoşulu vəziyyətdədir.

Avropaya göndərilən “E-6B Merkuri” təyyarəsi 2000-ci illərdə istehsal olunub. 155 ton yüklə havaya qalxan təyyarə həftələrlə uça bilir.

Onu da qeyd edək ki, hazırda dünyada ən çox nüvə silahı Rusiya və ABŞ-ın payına düşür. 2018-ci il məlumatlarına görə, Rusiyanın 1420 strateji nüvə başlığı var. Bunlardan 517 başlıq daşıyıcı raketlərə yüklənir. Qalanları nisbətən passivdir.

Vaşinqtondakı nüvə başlıqlarının sayı 1900 ətrafındadır. Nüvə başlıqlarının 1550-si interkontinental raketlərə quraşdırılıb. 300-ə qədər nüvə bombası bombardumançı təyyarələr tərəfindən hədəf alınmaq üçün hazırlanıb.



Pentaqonun müdafiə siyasətinə cavabdeh olan müşaviri, general Kahl Konqresdə dinləmələr zamanı deyib ki, Moskvanın sərhədsiz nüvə silahı yarışına girmə şansı, daha dəqiqi pulu yoxdur.

Amma bu gün Rusiya xarici işlər nazirinin müavini Rıbakov elan edib ki, Moskva və Vaşinqton məxfi kanallar vasitəsilə yeni nüvə sazişi ətrafında müzakirə aparır.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər