13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Türkiyədə prezident seçkiləri... - CXP sədri nə düşünür?
Tarix: 03-03-2023 14:39 | Bölmə: Slayd
Türkiyədə prezident seçkiləri... - CXP sədri nə düşünür?

“Türkiyədə ard-arda zəlzələlərə paralel növbəti prezident seçkilərinə də start verilir. Seçkinin vaxtı dəyişmədi. Seçkilərdə kimlərin iştirak edəcəyi isə olduqca vacib məsələdir”.

Bunu Reyting.az-a Azərbaycan Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev Türkiyədə keçirilməsi planlaşdırılan prezident seçkilərindən danışarkən deyib.

B. Quliyev diqqətə çatdırıb ki, dünən müxalifəti təmsil edən “Altılı Masa”nın üzvləri toplaşıb:

“Müxalifətin vahid namizədinin adı martın 6-da açıqlanacaq. Fakt budur ki, altı partiyadan beşi Cümhuriyyət Xalq Partiyasının namizədi Kamal Kılıçdaroğlunun namizədliyi üzərində dayanır. Yalnız İyi Partiya prezidentliyə namizəd kimi Əkrəm İmamoğlunun adı üzərində durur. Ortada Mənsur Yavaşın da namizədliyi var. Amma Cümhuriyyət Xalq Partiyası bütün məsuliyyəti Kamal Kılıçdaroğlunun üzərinə qoyub”.

B. Quliyev əlavə edib ki, Türkiyədə prezident seçkilərinə paralel olaraq parlament seçkiləri də keçiriləcək.

CXP sədri bildirib ki, müxalifətin seçki taktikası və planları prinsipcə aydındır:

“Əgər müxalifət seçkilərdə qələbə qazanacaqsa, bu zaman Kamal Kılıçdaroğlu prezident kimi keçici olacaq. Bundan sonra ölkədə yenidən parlament üsul-idarəsinə keçidlə bağlı referenduma hazırlaşacaqlar. Partiyalar da bu sistem üzrə işləyəcəklər. Əslində müxalifət düşərgəsində Kılıçdaroğlunun namizədliyi qaçılmazdır. Gözlənti budur ki, müxalifətin əsas namizədi o olacaq”.

B. Quliyev deyib ki, tarixdə şəxsiyyətlərin rolu danılmazdır. Onun sözlərinə görə, müxalifət düşərgəsinin qarşısında Millətçi Hərəkatla Ədalət və İnkişaf partiyaları durur:

“Əlbəttə, hakimiyyətdə olan komanda da güclüdür.

Azərbaycanda da bəzən deyirlər ki, indiki hakimiyyət iqtidarda qalsın. Bunların hamısı sevgidən, xoş istəkdən doğur. Amma zəlzələdən sonra Türkiyənin baxışları fərqli olmalıdır. Türkiyə mühitində, türk xalqının dəstəklədiyi qüvvələri dəstəkləməliyik. Bizim üçün əsas türk xalqının iradəsidir”.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər