13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Musabəyov: “Şolts Makronun Azərbaycan əleyhinə iyrəncliklərinə boyun əyməyəcək”
Tarix: 05-03-2023 16:35 | Bölmə: Slayd
Musabəyov: “Şolts Makronun Azərbaycan əleyhinə iyrəncliklərinə boyun əyməyəcək”

“Almaniya kansleri cənab Şolts Berlində, Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edərkən deyib ki, münaqişənin sülh yolu ilə həllinə Ermənistan və Azərbaycanın ərazi bütövlüyü prinsipi və Qarabağdakı ermənilərin öz müqəddəratını təyinetmə hüququ əsasında nail olunmalıdır. Almaniya liderinin bu bəyanatı tezliklə onun ofisinin rəsmi səhifəsində paylaşılıb”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyovun fikrincə, istər Azərbaycan-Almaniya münasibətləri, istərsə də alman biznesinin maraqları baxımından kansler Şoltsun Fransa prezidenti Makronun Azərbaycan əleyhinə iyrəncliklərinə boyun əyməsi müşahidə olunmayacaq.

Musabəyov əlavə edib ki, əvvəllər heç kim nə Fransa prezidenti Makrondan, nə də Almaniya kansleri Şoltsdan Krımın, Abxaziyanın, Cənubi Osetiyanın və ya Dnestryanı ərazinin “öz müqəddəratını təyin etməsini” dəstəkləyən bəyanat eşitməyib: “Şübhəsiz ki, onların heç biri Cənubi Tirolun, Şotlandiyanın, Flandriyanın, Kataloniyanın və daha çox Elzasın öz müqəddəratını təyin etməsi haqqında heç nə deməyə dillərini çevirməyəcək. Deməli, əbəs yerə Parisdə, Berlində, Brüsseldə, Amsterdamda və s. hesab edirlər ki, azərbaycanlıların milli ləyaqət hissi zəifləyib və onları düşünmədən incitmək olar. Şübhə etməyin ki, qeyri-müəyyən davranış və ikili standartlar heç kim tərəfindən unudulmayacaq və lazım gələrsə, geri qaytarılacaqdır”.

Politoloq sonda xatırladıb ki, Şimali Kipr Türk Cümhuriyyəti də 60 il əvvəl öz müqəddəratını təyin edib və uzun müddətdir tanınmasını gözləyir.

ELÇİN





Bölməyə aid digər xəbərlər