13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
İranı yenidən bombalayacaqlar
Tarix: 06-03-2023 11:24 | Bölmə: Slayd
İranı yenidən bombalayacaqlar

Rusiya-Ukrayna müharibəsi on minlərlə insanın həyatına son qoyduğu bir vaxtda İsraildən gələn xəbərlər dünyanın diqqətini Yaxın Şərqə yönəldib. Ukraynadan minlərlə kilometr uzaqda yeni bir böhran başlayır.

Reyting.az
xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahunun açıqlamaları Yaxın Şərqdə gərginliyi daha da artırıb.

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Qrossi Tehranda İran liderləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib: “Nüvə obyektinə istənilən hərbi hücum qeyri-qanunidir və hamımızın sadiq qaldığı normativ strukturlardan kənardır”.

İsrailin baş nazir isə MAQATE prezidentinin dəyərsiz bir bəyanatla çıxış etdiyini əsas gətirərək deyib ki, qanuni müdafiə üçün İranın nüvə obyektinə hücum variantı gündəmdə qalmalıdır.

“Bizə özümüzü müdafiə etməyə icazə verilmirmi?”,- deyə Netanyahu Nazirlər Kabinetinin iclasındakı çıxışında sual verib: “Əlbəttə ki, bizə icazə verilir və bunu edirik. Heç bir şey bizə ölkəmizi qorumağa və zalımların yəhudi dövlətini məhv etməsinə mane ola bilməz”.

Netanyahu İranın nüvə obyektlərinə hücum qadağasının İsrailə şamil edilməyəcəyini deyib.

“Qrossi dəyərsiz şərhlər verən dəyərli insandır”, - deyə İsrailin baş naziri əlavə edib.

Netanyahu çıxışını davam etdirib:

“Hansı qanunla qadağandır? Açıq-aşkar məhvimizə çağırış edən İrana bizi öldürəcək məhvedici silahlar saxlamağa icazə verilirmi?”.

Qeyd edək ki, bununla da Netanyahu İranın nüvə obyektlərinə zərbə endirməkdə israrlı olduqlarını diqqətə çatdırıb.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər