13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Paşinyanın daha bir hücumu boşa çıxıb
Tarix: 06-03-2023 11:33 | Bölmə: Slayd
Paşinyanın daha bir hücumu boşa çıxıb

Almaniyaya səfər edən Ermənistan baş naziri Nikol Paşinyan Berlində Ermənistan dövlətinin monoetnik mahiyyətini təkzib edərək, parlamentdə 4 etnik azlığın (ruslar, kürdlər, yezidlər, asurlar) nümayəndələrinə seçkilərdə iştirak etmədən bir mandat verildiyini misal çəkib.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov isə Reyting.az-a deyib ki, Azərbaycanda belə bir şey olmasa da, etnik icmaların nümayəndələri bizim parlamentdə seçki proseduru ilə digər vətəndaşlarla bərabər şəkildə təmsil olunurlar:

“Onların arasında rus, yəhudi, ləzgi, kürd, talış və s. var. Onlar Konstitusiya və Ali Məhkəmədə, Prezident Administrasiyasında, rayon və şəhər icra hakimiyyəti başçıları arasında, bələdiyyə şuralarında və s. strukturlarda da təmsil olunurlar”.

R. Musabəyov sonda əlavə edib ki, Paşinyanın növbəti demaqoq hücumu boşa çıxıb.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər