13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Çin-ABŞ münaqişəsi qaçılmazdır
Tarix: 07-03-2023 14:31 | Bölmə: Slayd
Çin-ABŞ münaqişəsi qaçılmazdır

Rəsmi Pekin Ukrayna böhranı və Tayvan məsələsindəki mövqeyinə, eləcə də ABŞ və Rusiya ilə münasibətlərinə aydınlıq gətirib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə iki ay əvvəl Çində vəzifəsinin icrasına başlayan xarici işlər naziri Qin Qanq paytaxt Pekində keçirilən parlament iclasında danışıb.

Nazir Çin-ABŞ münasibətlərindən, Ukrayna problemindən, casus şarı böhranından, Asiyada və Sakit okean bölgəsindəki vəziyyətə görə Vaşinqtonu tənqid edib.

Vaşinqtonun Çinə qarşı siyasətini tənqid edən Qin deyib ki, ABŞ əyləci basmasa və yanlış yola davam edərsə, bu, münasibətləri pozacaq: “Bu halda qarşıdurma qaçılmazdır. Fəlakətli nəticələrin məsuliyyətini kim üzərinə götürəcək?”.

Vaşinqtonun ədalətli və düzgün rəqabət əvəzinə Çinə təzyiq göstərməyə çalışdığına diqqət çəkən nazirin sözlərinə görə, ABŞ-ın Çinə qarşı anlayışı və baxışları ciddi şəkildə təhrif olunub:

“ABŞ Çini özünün əsas rəqibi və ən böyük geosiyasi rəqibi hesab edir və meydan oxuyur. Bu, köynəyin ilk düyməsini səhv bağlamaq kimidir”.

ABŞ-ın son bir neçə gündə Çin şarını vurmasından danışan Qin, Vaşinqtonun buna həddindən artıq reaksiya verdiyini və diplomatik böhran yaratdığını, adət-ənənələri pozduğunu bildirib.

Ukrayna böhranı ilə bağlı Çinin mövqeyinə toxunan nazir xatırladıb ki, Pekin bu yaxınlarda böhranın siyasi həlli ilə bağlı təkliflər açıqlayıb. Ukrayna böhranında dialoq çağırışını təkrarlayan Qinin iddiasına görə, görünməz bir əl Ukrayna böhranının davam etməsini və genişlənməsini idarə edir.

Ukrayna böhranının kritik mərhələdə olduğunu düşünən Qin bildirib ki, dərhal sülh danışıqları başlamalı və danışıqlarda bütün tərəflərin narahatlığına hörmətlə yanaşılamlıdır.

ABŞ-ın Pekin rəhbərliyinin Rusiyaya silah verməyi düşündüyünə dair iddialarına da reaksiya verən nazir bəyan edib ki, Çin münaqişənin hər iki tərəfinə silah verməyib.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər