13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Serj Sarkisyan və keçmiş nazir illəri dəyişik salır
Tarix: 08-03-2023 15:51 | Bölmə: Slayd
Serj Sarkisyan və keçmiş nazir illəri dəyişik salır
Serj Sarkisyan

“Ermənistanın eks-prezidenti, hərbi cinayətkar Serj Sarkisyan və onun hökumətindəki bəxtsiz xarici işlər naziri Edvard Nalbadyan bəyanat səsləndiriblər. Bəyanatlarının mahiyyəti ondan ibarətdir ki, guya onların hakimiyyəti illərində həm hərbi güc və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təmsil etdiyi beynəlxalq ictimaiyyət, həm də Avropa İttifaqı Dağlıq Qarabağın referendum yolu ilə ayrılmasını dəstəkləyib”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyov diqqətə çatdırıb ki, artıq Ermənistan siyasətinin bir kənarına atılmış bu şəxslər Almaniya kansleri Olaf Şoltsun son qeyd-şərtinə başını tərpətməklə yanaşı, Ermənistan və Avropa İttifaqı arasında sazişdə nəzərdə tutulduğu kimi, Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun qüvvədə qaldığını qəti şəkildə bildirirlər.

Musabəyov deyib ki, artıq “keçmişə çevrilmiş” bu insanlar sanki keçmişdə yaşayır, Azərbaycan uğrunda 44 günlük zəfər müharibəsindən sonra regionda və Ermənistan-Azərbaycan münasibətləri kontekstində vəziyyətin köklü dəyişdiyini dərk etmək istəmirlər: “Beynəlxalq ictimaiyyət bu müharibənin nəticəsini real qəbul edib. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Azərbaycan-Rusiya-Ermənistan Üçtərəfli Bəyanatı əslində, Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi. Amma Edvard Nalbadyan və hərbi cani Serj Sarkisyan hələ də bunu anlamaq istəmir. Deyəsən, onlar hazırda 1995 və yaxud 2016-cı il deyil, 2023-cü il olduğunu və qarşılarında məğlub Ermənistanla, qalib Azərbaycan durduğunu unudurlar”.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər