13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Üç ölkədə qadın hüquqları ciddi şəkildə pozulur - Fotolar
Tarix: 08-03-2023 16:44 | Bölmə: Slayd
Üç ölkədə qadın hüquqları ciddi şəkildə pozulur

8 Mart - Beynəlxalq Qadınlar Günü bu il dünyanın bir çox ölkələrində müxtəlif tədbirlərlə qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının məlumatında isə bildirilir ki, dünya hələ də gender bərabərliyindən 300 il uzaqdadır. Türkiyə və Azərbaycanda qadına qarşı zorakılıqlar gündəmdə olmasa da, keçən il üç fərqli ölkədə qadın hüquqları ciddi şəkildə pozulub.

Reyting.az
xəbər verir ki, 8 Mart -Beynəlxalq Qadınlar Günü bu il bir çox ölkələrdə qadın hüquqlarının ciddi şəkildə pozulduğu proseslərin kölgəsində qeyd edilir.

Xatırladaq ki, 1908-ci ildə Nyu-Yorkda minlərlə qadın işçinin daha çox hüquq tələb etməsi ilə Beynəlxalq Fəhlə Qadınlar Günü elan edilib. 2022-ci ildə üç fərqli ölkədə qadınların hüquqlarını tapdalayan qərarlar və təcrübələr isə dünyanın gündəminə çevrilib.

İranda qadınların üsyanı



İranda 22 yaşlı Məhsa Əmininin sentyabr ayında “hicabı düzgün geyinmədiyi” üçün saxlanıldıqdan qısa müddət sonra şübhəli ölümü nəticəsində başlayan etiraz dalğası ölkədə hökumət əleyhinə ən böyük iğtişaşlara çevrilib. Aylardır ilk dəfə nümayişlərə qadınların rəhbərlik etməsi və hicabla bağlı tələbin gündəmə gətirilməsi diqqət çəkib. Qadınların hicablarını çıxararaq İslam Respublikasına etiraz etdikləri nümayişlərə hökumətin reaksiyası sərt olub. Yüzlərlə insan həyatını itirib, minlərlə insan həbs olunub, onlarla şəxs edam edilib.

İranlı qadınları dəstəkləmək üçün müxtəlif ölkələrdə keçirilən aksiyalarda qadınlar saçlarını kəsiblər.

Son zamanlar qız şagirdlərin təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə hadisələri də İranın gündəmini zəbt edib. 5000-dən çox məktəbli qızın zəhərlənməsinin qadınların etirazları ilə əlaqəli olduğu güman edilir.



Əfqan qadınlar...

2021-ci ildə Əfqanıstanda yenidən hakimiyyətə qayıdan “Taliban” qruplaşması qadın hüquqları ilə bağlı əvvəldən verdiyi vədləri yerinə yetirməyərək ölkəni qadınlar üçün “açıq həbsxanaya” çevirməkdə davam edir. Əfqan qadınlar isə zülmə və polis zorakılığına baxmayaraq, öz haqları üçün küçələrə axışır.

Keçən il qızların orta məktəbə getməsinin qarşısı alınıb, sonra oğlanların icazəsi olmadan burqa geyinmək öhdəliyi və komendant saatı tətbiq edilib. Nəhayət, əfqan qadınlarına universitet qapıları qapadılıb, onlar bu təhsil ocaqlarında oxuya bilməyəcəklər.

BMT xəbərdarlıq edir ki, “Taliban”ın qadınlara qarşı qərarları “insanlığa qarşı cinayət” kimi qiymətləndirilə bilər.

ABŞ-da abort üsyanı



2022-ci il ABŞ-da qadınlar üçün çətin olub. ABŞ Ali Məhkəməsinin 50 ildir qüvvədə olan abort qanununu ləğv etmək qərarı ölkədə böyük reaksiyalarla nəticələnib. Amerikalılar abort hüququ üçün günlərlə küçələrə çıxıb.

Xatırladaq ki, 1973-cü il “Roe v. Wade”, ölkədəki ştatların abortları məhdudlaşdırmaq, qadağan etmək və hətta cinayət hesab etmək hüququ var, bəzi ştatlar isə qadağanı qüvvəyə mindirir.

ABŞ prezidenti Co Baydenin də reaksiya verdiyi qərardan sonra ölkədə kütləvi etirazlar keçirilib.

Sonda qeyd edək ki, 10 yaşlı zorlama qurbanı abort etdirmək üçün başqa ştata getməli olduğu halda, ABŞ qadınları aylardır abort hüququ uğrunda mübarizə aparırlar.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər