13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Türkiyədə seçki yarışı 100 milyard dollarlıq zərərlə başlayır
Tarix: 08-03-2023 17:11 | Bölmə: Slayd
Türkiyədə seçki yarışı 100 milyard dollarlıq zərərlə başlayır

Zəlzələlərin Türkiyəyə vurduğu zərərin 100 milyard dolları keçdiyi təxmin edilir. Reyting.az xəbər verir ki, bu barədə Türkiyədə araşdırmalar aparan və Qaziantəpdə çıxış edən BMT-nin İnkişaf Proqramının (UNDP) Türkiyə üzrə nümayəndəsi Luiza Vinton deyib.

Mütəxəssis bildirib ki, zəlzələ nəticəsində 2,7 milyon insan evini tərk edib, 600 minə yaxın bina dağılıb.

L. Vinton əlavə edib ki, indiyə qədərki hesablamalara görə, zərər 100 milyard dolları keçəcək.

Ötən həftə Dünya Bankı Türkiyədəki dağıntıların 34 milyard dollara başa gəldiyini hesablayıb. Bununla belə, Vinton qeyd edib ki, Türkiyə hökumətinin təqdim etdiyi məlumatlar və üç beynəlxalq təşkilatın hesablamaları real dağıntının və zərərin daha çox olacağını göstərir.

BMT-nin Humanitar yardım koordinatoru Alvaro Rodrigezin sözlərinə görə, Türkiyədə ən çox çadır qıtlığı ilə üzləşirlər. Hətta çadırlara tələbat o qədər yüksəkdir ki, qlobal tədarük bu ehtiyacı qarşılaya bilmir.

Rodrigez diqqətə çatdırıb ki, Birləşmiş Ştatlar və Almaniya BMT İnkişaf Proqramının Türkiyə üçün 1 milyard dollarlıq dəstək istəyinə 100 milyon dollar töhfə verib.

Fevralın 16-da edilən çağırışın indiyədək cəmi 9,6 faizi maliyyələşdirilib.

Qeyd edək ki, bunlarla paralel Türkiyə prezident seçkilərinə hazırlaşır. Seçkilərdə əsas rəqabət indiki prezident Rəcəb Tayyib Ərdoğan və müxalifət cəbhəsinin vahid namizədi Kamal Kılıçdaroğlu arasında olacaq. Yəni Türkiyə prezident seçkilərinə 100 milyard dollarlıq zərərlə başlayıb.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər