13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
İlham İsmayıl: “Moskva Ermənistanla Azərbaycan arasında final seçimi etməkdən yayınır”
Tarix: 09-03-2023 11:15 | Bölmə: Slayd
İlham İsmayıl: “Moskva Ermənistanla Azərbaycan arasında final seçimi etməkdən yayınır”

“Azərbaycanın edəcəyi çox işlər var ki, müharibə bitəndən bu günədək Rusiya açıq şəkildə bu işləri dondurmaqla məşğuldur. Rusiyanın marağı gizli deyil və Cənubi Qafqaz siyasəti haqqında rus şərhçilər əvvəllər üstüörtülü şəkildə danışırdılarsa, indi “Qarabağ açarı”nın Rusiya üçün məhz bu coğrafiyada qalma səbəbi olduğunu açıq bildirirlər”.

Bunu Reyting.az-a aıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

Onun sözlərinə görə, baş moderator rolunu saxlamaq Moskvanın həm Ermənistana, həm də Azərbaycana təsir imkanlarını təmin edir.

“Sülhməramlıların Qarabağdan çıxarılması demək olar ki, Rusiya hərbi bazasının avtomatik olaraq Gümrüdən çıxarılması ilə nəticələnəcək. Ermənilərin Moskvada neçə illərdir mətbuat dayağı olan Markedonovun dünən yayılmış fikirləri tam çılpaqlığı ilə deyir ki, Azərbaycan Qarabağın qalan hissəsində dövlət nəzarətini bərpa edib, Rusiya hərbi kontingentini yola salandan sonra, 200 illik “навеки вместе”yə ilk son verən ermənilər olacaq və Rusiyanın hərbi bazasından tutmuş səfirliyinədək hamısını Ermənistandan qovacaqlar. Məhz buna görə də, Moskva Ermənistanla Azərbaycan arasında “final seçimi” etməkdən yayınır. Rusiya “final seçimi”nin fitini çalmaq istəmir və bu, Ermənistanı da qane edir. Deməli, yük bizə düşür”.

İ. İsmayıl əlavə edib ki, Azərbaycan hərbi-siyasi gücünü ən yaxın zamanda qətiyyətlə həm masaya, həm də sahəyə qoymalı, ərazi bütövlüyümüz tam və defakto təmin olunmalıdır.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər