13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
ABŞ Bakı ilə İrəvana vasitəçisiz dialoq təklif edir
Tarix: 09-03-2023 14:23 | Bölmə: Slayd
ABŞ Bakı ilə İrəvana vasitəçisiz dialoq təklif edir

“ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun bölgəyə səfəri yekunlaşıb. O, Bakıda prezident İlham Əliyevlə, İrəvanda baş nazir Nikol Paşinyanla fikir mübadiləsi aparıb. Bono görüşləri bitirdikdən sonra “Azərbaycan- Ermənistan sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik”,- fikrini səsləndirib”.

Reyting.az
xəbər verir ki, bu, Atlas Araşdırmalar Mərkəzinin ABŞ diplomatının bölgəyə səfərinin yekunlarına dair hazırladığı hesabatda bildirilir.

Hesabatda qeyd olunur ki, Bono birbaşa dialoq nəticəsində müsbət nəticə əldə olunacağı qənaətindədir: “Çünki hər hansı uzunmüddətli, davamlı və balanslı sülh yalnız hər iki tərəfin səyləri ilə mümkündür”.

Mərkəzin hesabatında bildirilir ki, Vaşinqton diplomat Bononun diliylə Bakı ilə İrəvana vasitəçi olmadan dialoqu genişləndirməyi təklif edib.

“Hazırda 3 vasitəçi var: Moskva, Brüssel və Vaşinqton. İki ildir danışıqlar müxtəlif formatlarda gedir və nəticə yoxdur. Yaxın tarix göstərir ki, müxtəlif münaqişələrin qısa və uzunmüddətli həllərində birbaşa danışıqlar nəticə verməyib. Əsasən tərəfsiz vasitəçilər münaqişələrin həllində önəmli rol oynayırlar. Misal üçün, Serbiya ilə Kosovo arasında gərginlik illərdir davam edir və birbaşa təmaslar nəticə verməyib. Bu ikisi arasında əsas iki vasitəçi - Vaşinqton və Brüssel var. Hazırda həm Kosovo, həm də Serbiya Avropa İttifaqının həll planına razılaşmaq ərəfəsindədir. Barış olarsa, hər ikisinin Avropa İttifaqına üzvlüyü reallaşacaq”.

Hesabatda həm də diqqətə çatdırılır ki, amerikalı diplomat Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun zərəri də olmadığını bilir: “Hər iki tərəf daimi işçi qrup formalaşdıra və həmin qrup Tiflisdə müxtəlif məsələləri daimi əsasda müzakirə edə bilərlər. Bunun ümumi nəticəyə müsbət təsirinin olması mümkündür”.

ELÇİN




Bölməyə aid digər xəbərlər