13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Türklər çətin seçim qarşısında qalıb - Foto
Tarix: 09-03-2023 15:11 | Bölmə: Slayd
Türklər çətin seçim qarşısında qalıb

Namizəd böhranından sonra Cümhuriyyət Xalq Partiyasının (CXP) rəhbəri Kamal Kılıçdaroğlu Türkiyə prezidentliyinə müxalifətin vahid namizəd elan olundu və artıq ölkədə seçkiyə hazırlıqlara start verilib.

Reyting.az
-ın xəbərinə görə, “Foreing Policy” və “Well Fargo” Türkiyədəki prezident seçkilərinə dair iki fərqli seçki təhlili hazırlayıblar.

Prezident Ərdoğanı istedadlı natiq olaraq qiymətləndirən ABŞ mediası yazır ki, siyasi analitiklərin fikrincə, Kamal Kılıçdaroğlu da seçiciləri razı salmaq üçün gərgin mübarizə aparmalı olacaq.

Ankarada yerləşən Tepav beyin mərkəzinin analitiki Səlim Koru bildirib ki, Kamal Kılıçdaroğlu da son vaxtlar ictimaiyyət qarşısında daha yaxşı çıxış edir və indi müxalifətdə çox enerji var.

Koç Universitetinin siyasi elmlər üzrə professoru Əli Çarkoğlu isə deyib ki, Kılıçdaroğlunun populyarlığı məhduddur. O, Kılıçdaroğlunun bir ünsiyyətçi və natiq kimi çatışmazlıqlarına da diqqət çəkib.

Koalisiyanın məşhur bələdiyyə başçıları İmamoğlu və Yavaşı tənliyə daxil etməklə qalibgəlmə ehtimalının artırdığını ifadə edən Çarkoğlunun iddiasına görə, çox fərqli ideologiyalara malik yeddi vitse-prezident namizədi ilə ortaq mesaj yaratmaq “son dərəcə çətin” olacaq.

ABŞ mediasına danışan İstanbul Sabancı Universitetinin siyasi elmlər üzrə professoru Berk Esen isə əlavə edib ki, Kılıçdaroğlu Ərdoğan əleyhinə namizəd olmaqdansa, seçicilərə “açıq gündəm” təqdim etməlidir.

Esen bildirib ki, seçicilərin 10-15 faizi qərarsız olduğu üçün hələ də Kılıçdaroğlunun qalib gəlməsi üçün “yol” görünür.



“Qiymətlərin artması və valyutanın ucuzlaşmasının qəzəbinə baxmayaraq, Ərdoğan xüsusilə mühafizəkar və dindar türklər arasında populyar olaraq qalır”, - deyən ABŞ media analitikləri Ərdoğanın minimum əməkhaqqı və dövlət sektorunda maaşların artması ilə səs payını artırdığına diqqət çəkirlər.

May ayında keçiriləcək seçkilərdə kürdlərin səslərini həlledici sayan ABŞ mediası HDP-nin birmənalı olaraq tərəf seçmədiyini, buna görə də önəmli bir aktyor olduğunu diqqətə çatdırıb.

Bu arada “Wells Fargo” ümumi və prezident seçkiləri üçün mümkün ssenariləri əks etdirən hesabatını paylaşıb.

Bildirilir ki, prezident Ərdoğanın seçkilərdə qalib gəlmə ehtimalı 55-60 faiz olduğu ssenaridə dolların 2023-cü ilin sonunda 19,5 türk lirəsinə (TL), 2024-cü ilin ortalarında isə 20 TL-yə yüksələcəyi gözlənilir.

Müxalifət seçkidə qalib gələrsə, bu zaman daha sərt pul siyasəti həyata keçirəcəyi və bu halda dolların 2023-cü ilin sonunda 15 TL-yə, 2024-cü ilin ortalarında isə 14 TL-yə kimi ucuzlaşacağı proqnozlaşdırılır.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər