13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ərdoğanın prezidentləri görüşdürmək təşəbbüsü nüvə savaşının qarşısını almağa hesablanıb
Tarix: 09-03-2023 16:00 | Bölmə: Slayd
Ərdoğanın prezidentləri görüşdürmək  təşəbbüsü nüvə savaşının qarşısını almağa hesablanıb

Türkiyə prezidenti Ərdoğanın Rusiya prezidenti Putin ilə onun ukraynalı həmkarı Zelenskini aprel ayında İstanbulda bir araya gətirmək istəyi barədə məlumat yayılmışdı. Amma Ərdoğanın bu təşəbbüsünə Ukrayna prezidenti Zelenski “Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyimi təsəvvür edə bilmirəm”, - deməklə nöqtə qoydu.

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev məsələni Reyting.az-a şərh edərkən deyib ki, əslində Ərdoğan çox xeyirxah bir təşəbbüslə çıxış edib:

“Bildiyiniz kimi Rusiya və Ukrayna xalqları eyni dinə, dilə, adət-ənənəyə malikdirlər. Uzun illərdir ki, bu iki xalq mehriban və qarşılıqlı anlaşma şəraitində yaşayırdı. Təəssüf ki, xristian Qərb dünyası bu iki xristian və qardaş xalqı bir-birinə düşmən etdi. Faktiki olaraq Ukraynada xristian dövlətləri arasında gedən Üçüncü Dünya Müharibəsidir. Eyni zamanda, bu münaqişə nəticəsində dünyada həm siyasi, həm də iqtisadi böhran yaranıb”.

A. Məsiyev bildirib ki, Türkiyə prezidenti Ərdoğanın Rusiya və Ukrayna prezidentlərini aprel ayında İstanbulda görüşdürmək istəyi cahanda sülh təşəbbüsüdür: “Bu təşəbbüs həm dünyada yaranmış siyasi-iqtisadi xaosu aradan qaldırmaq, həm də bəşəriyyət üçün daha təhlükəli olan nüvə müharibəsinin qarşısını almaq niyyəti ilə edilir. Təəssüflər olsun ki, Zelenskini oyuna salan, ondan alət kimi istifadə edən ABŞ və İngiltərə bu təşəbbüsün baş tutmaması üçün düyməni basıblar”.


A. Məsiyev

Siyasi şərhçinin fikrincə, Zelenskinin davranışı onu deməyə əsas verir ki, o, Ukrayna xalqının mənafeyinə uyğun hərəkət etmir: “Bir sözlə, Zelenski özünü Ukraynanın prezidenti kimi deyil, ABŞ-ın rezidenti kimi aparır. Sanki o, Ukrayna xalqı qarısında məsuliyyətini hiss etmir. Zelenski ABŞ-dan gələn təlimatlara uyğun davranmaqla Ukrayna ərazisini NATO ilə Rusiyanın savaş meydanına çevirib”.

A. Məsiyevin sözlərinə görə, hadisələrin təhlili onu deməyə əsas verir ki, Ukraynanın taleyi Zelenskinin iradəsindən kənarda həlli olunur:

“Bu münaqişənin dayandırılması üçün tezliklə danışıqların başlanmasına ehtiyac var, əks təqdirdə bəşəriyyət daha ağır problemlə üzləşə bilər. Yəni Ukrayna müharibəsi fonunda ABŞ-Rusiya qarşıdurmasının getdikcə daha da kəskinləşməsi nüvə silahlarının işə düşməsi ilə nəticələnər və bəşəriyyət bundan daha çox əziyyət çəkər”.

A. Məsiyevin iddiasına görə, bu münaqişədə Rusiyanın məğlubiyyəti bəşəriyyətin məğlubiyyəti deməkdir:

“ABŞ-Rusiya qarşıdurmasının nəticəsidir ki, Rusiya prezidenti strateji silahlarla (nüvə silahları) bağlı bütün müqavilələrdən birtərəfli qaydada çıxdığını bəyan etdi. Bu isə onu deməyə əsas verir ki, qarşıdurmanın böyüməsi nüvə silahlarının işə düşməsi ilə nəticələnə bilər. Bu səbəbdən də, Türkiyə prezidenti Ərdoğanın təşəbbüsü həm də nüvə savaşının qarşısını almağa hesablanıb”.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər