12:36 / 14-06-2025
Sabah yağış yağacaq
PUA-lar Moskvaya hücum edib
Tarix: 30-05-2023 11:03 | Bölmə: Slayd
PUA-lar Moskvaya hücum edib

Bu gün səhər tezdən Rusiyanın paytaxtı Moskvaya 8 təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) hücum edib və onların hamısı vurulub.

Reyting.az
xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, daha 5 PUA Moskvaətrafı bölgədə “Pantsir-s” zenit-raket kompleksi tərəfindən məhv edilib.

“Kiyev rejimi Moskvadakı obyektlərə pilotsuz uçuş aparatları ilə terror hücumu həyata keçirib”, - nazirlikdən bildirilib.

Moskva meri Sergey Sobyanin isə Telegram kanalında deyib ki, dron hücumu nəticəsində bir neçə binaya kiçik ziyan dəyib.

“Şəhərin bütün təcili yardım xidmətləri hadisə yerindədir. Onlar baş verənlərin şəraitini öyrənirlər. İndiyədək heç kim ciddi xəsarət almayıb”, - deyə Sobyanin əlavə edib.



Moskva meri diqqətə çatdırıb ki, təhlükəsizlik məqsədilə fövqəladə hallar xidmətlərinin işi zamanı PUA-nın vurduğu iki evin bir neçə girişinin sakinlərinin təxliyəsi üçün tədbirlər görülüb.

Digər mənbələr isə xəbər verir ki, Moskva və Moskva vilayətinə səhər hücumunda 25-ə yaxın pilotsuz uçuş təyyarəsi iştirak edib, onların əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

ELÇİN




Bölməyə aid digər xəbərlər