Peskovun xanımı ukraynalı müğənninin mahınısı oğurlayıb - Foto
Tarix: 11-01-2024 10:43 | Bölmə: Şou-biznes
Peskovun xanımı ukraynalı müğənninin mahınısı oğurlayıb

Ruslar ukraynalı müğənni Kristina Solovinin “Trimay” adlı mahnısını oğurlayıblar. Mahını rus dilinə tərcümə edilib və Rusiya prezidenti Putinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı Tatyana Navkanın şousunda ifa olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyeva şouda ukraynalı ifaçının “Odarka obrazında” kompozisiyasını ifa edib.



“Bu, mənim əsərlərimin ruslar tərəfindən ilk oğurlanması deyil. Həm də bir “Trimay” mahnısının oğurlanmasından danışmırıq. Söhbət mədəniyyətin mənimsənilməsindən, ukraynalıların irsindən gedir. Mən bilirəm ki, günahkarları məhkum etmək asan olmayacaq. Mən bütün ukraynalılara, o cümlədən xaricdəkilərə müraciət edirəm ki, bu “şou”da iştirak edən hüquqi şəxsləri tapmağa kömək etsinlər. Ukrayna mahnısı bir silahdır. Biz birləşməliyik ki, özümüzə məxsus olanı əlimizdə saxlayaq”, - deyə ukraynalı müğənni vurğulayıb.

Qeyd edək ki, Peskovun həyat yoldaşı Tatyana Navka Ukraynadandır (Dnepr) və Rusiyanın Ukraynaya qarşı müharibəsini fəal şəkildə dəstəkləyir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər