10:46 / 20-10-2025
Su anbarında meyit tapılıb
Ramiz Mehdiyevin mühafizəçisi: "Səhhəti normaldır, evdə xanımı ilə özü qalır"
Tarix: 20-10-2025 12:48 | Bölmə: Siyasət
Ramiz Mehdiyevin mühafizəçisi: "Səhhəti normaldır, evdə xanımı ilə özü qalır"

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.

Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisi "Unikal"-a açıqlamasında onun hazırda özünü yaxşı hiss etdiyini bildirib.

"Səhhəti normaldır. Evdə xanımı ilə özü qalır. Oğlu və qızı da gəlib-getmirlər. Onlar öz evlərindədir. Ev üçün bazarlığı da mən edirəm", - deyə o qeyd edib.

Xatırladaq ki, sabiq PA rəhbəri ev dustaqlığını məşhur "Avropa" otelinin yanında, Tiflis prospektindəki villasında çəkir.




Bölməyə aid digər xəbərlər