Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
Tarix: 16-10-2025 12:02 | Bölmə: Slayd
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır

Rusiya Avropa İttifaqı (Aİ) sərhədləri yaxınlığında qoşun yerlədirir və Ukraynada müharibə bitdikdən sonra hərbi təcavüzün ikinci mərhələsinə hazırlıqlar görür.

Reyting.az
xəbər verir ki, bunu Finlandiyanın müdafiə naziri Antti Hakkanen deyib.

Hakkanen bildirib ki, Rusiya potensial təcavüzünün ikinci mərhələsi üçün hərbi səylərini artırır və Ukraynada müharibə başa çatdıqdan sonra NATO-ya real təhlükələr yaranacaq.

Qeyd olunur ki, Rusiya qoşunlarının modernləşdirilməsi və onların Avropa sərhədləri yaxınlığında yerləşdirilməsi artan təhlükədən xəbər verir.

NATO müdafiə nazirlərinin iclasından əvvəl Hakkanen Finlandiyanın Ukrayna üçün Amerika silahlarının alınması proqramı olan PURL-ə qoşulacağını açıqlayıb. Bu həftə Kiyevə Finlandiyanın yeni yardım paketinin də açıqlanacağı gözlənilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər