Feldmarşal: Ukraynanı döyüşməyə təşviq etsək də, qalib gəlməsinə imkan vermədik
Tarix: 20-10-2025 18:27 | Bölmə: Dünya
Feldmarşal: Ukraynanı döyüşməyə təşviq etsək də, qalib gəlməsinə imkan vermədik

Ukrayna Rusiyanı məğlub edə bilməyəcək, çünki Qərb onu lazımi resurslarla təmin etməyib və müharibəyə girmək niyyətində deyil.

Reyting.az
xəbər verir ki, bunu Britaniya ordusunun feldmarşalı Lord Devid Riçards deyib.

“Biz Ukraynanı döyüşməyə təşviq etdik, lakin onun qalib gəlməsinə imkan vermədik”,- Riçards əlavə edib.

Jurnalistin “Ukraynanın lazımi resursları olsa belə qalib gələcəkmi” sualına o, qısa cavab verib:

“Xeyr. Onların işçi qüvvəsi yoxdur”.

Bu il Britaniya ordusunda ən yüksək rütbəyə almış Riçards qeyd edib ki, Rusiyaya qarşı müharibə Qərb üçün “ekzistensial sual” deyil.

“Biz onlarla müharibəyə girməsək, Ukraynanın perspektivi o qədər də yaxşı olmayacaq. Amma biz bunu etməyəcəyik. Yeri gəlmişkən, ruslar bunu çox yaxşı başa düşürlər”,-Feldmarşal vurğulayıb.

Riçards qeyd edib ki, hazırda Qərb hər iki tərəfdən minlərlə əsgərin öldüyü “əsl qaynar müharibə”dən çox Rusiya ilə hibrid müharibə aparır.

Xatırladaq ki, Riçards müstəqil mövqeyi ilə tanınır. O, Britaniyanın Sierra Leone və Şərqi Timordakı əməliyyatlarına rəhbərlik edib və 2003-cü ildə İraqın işğalına açıq şəkildə qarşı çıxıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər