10:46 / 20-10-2025
Su anbarında meyit tapılıb
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
Tarix: 20-10-2025 12:53 | Bölmə: Dünya
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib

ABŞ Prezidenti Donald Tramp oktyabrın 19-da gücləndirilmiş təhlükəsizlik tədbirləri altında Florida ştatını tərk edib. Bu addım hava limanı yaxınlığında prezident təyyarəsi "Air Force One"ın eniş zonasına baxan ov qülləsinin aşkarlanmasından sonra atılıb.

Reyting.az
xəbər verir ki, Tramp Palm-Biç şəhərindən Nyu-Yorka yola düşüb.

“Fox News” telekanalının məlumatına görə, prezident təhlükəsizlik səbəbilə adətən istifadə etdiyi əsas pilləkən əvəzinə daha kiçik və daha qapalı pilləkənlərlə təyyarəyə minib. Həmçinin, uçuşdan əvvəl jurnalistlərlə danışmaqdan imtina edib ki, bu da onun adi davranışından fərqlənir.

ABŞ Məxfi Xidməti tərəfindən aparılan yoxlamalar zamanı hava limanı yaxınlığında ov məqsədilə qurulmuş müşahidə nöqtəsi - ov qülləsi aşkar edilib. Hüquq-mühafizə orqanlarındakı mənbələrin bildirdiyinə görə, bu qurğu ehtimal ki, “bir neçə ay əvvəl” quraşdırılıb.

Hadisə ilə bağlı Federal Təhqiqat Bürosu (FTB) araşdırma aparır. Hazırda ehtimal olunan şübhəlilər barədə ictimaiyyətə məlumat verilmir.

Xatırladaq ki, Donald Tramp 2024-cü il ərzində iki sui-qəsd cəhdindən sağ çıxıb və təhlükəsizlik xidmətləri onun ətrafında daha sərt tədbirlər görür.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər