Moda: 2024-cü ilin dəbi necə olacaq?
Tarix: 16-01-2024 14:49 | Bölmə: Şou-biznes
Moda: 2024-cü ilin dəbi necə olacaq?

Rusiyalı stilist Aleksey Suxarev 2024-cü ilin əsas trendlərini sadalayıb.

Reyting.az
xəbər verir ki, Aleksey Suxarevin 2024-cü ilin əsas trendləri ilə bağlı şərhi teleaparıcı Yana Çurikovanın YouTube şousunun yeni seriyasında yer alıb.

A. Suxarevin sözlərinə görə, yeni ildə qızılı, şəffaf və dəri parçalar dəbdə olacaq. Bundan əlavə, romantik paltarlar, krujeva və uşaq yaxaları da məşhurlaşacaq.

Mütəxəssisin fikrincə, tamamilə ağ və tamamilə qara, şərab rəngi və müxtəlif çalarlarda qəhvəyi rəngə də üstünlük veriləcək.

A. Suxarev deyib ki, xəz palto və həcmli xəz papaq da qızlar üçün üstünlük qazanacaq.

Xatırladaq ki, yanvarın əvvəlində məşhur stilistlər rus qadınları üçün 2024-cü ilin geyim dəblərindən danışıblar. İnflyuenser Elena Uşakova oxucuları qırmızı və gümüş rəngli paltarlara diqqət yetirməyə çağırıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}