Pərəstişkarları məşhur müğənnini məhkəməyə verib - Foto
Tarix: 19-01-2024 18:02 | Bölmə: Şou-biznes
Pərəstişkarları məşhur müğənnini məhkəməyə verib

İki pərəstişkarı məşhur amerikalı pop müğənni Madonnanı məhkəməyə verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə “ABC News” məlumat yayıb.

Məlumata görə, müğənninin Celebration turnesi çərçivəsində baş tutan çıxışı planlaşdırılandan iki saat gec başlayıb, gecə gec bitməsi sənətçinin pərəstişkarlarını narazı salıb. Bu səbəbdən ABŞ-ın Nyu-York şəhərindən olan kişilər məhkəməyə müraciət etmək qərarına gəliblər. Həmin şəxslər ictimai nəqliyyatdan istifadə edə bilmədiklərinə görə taksiyə pul xərcləmək məcburiyyətində qaldıqlarını da bildirirlər.

Zərərçəkənlərin tələb etdiyi kompensasiyanın məbləği açıqlanmır.



Xatırladaq ki, bundan əvvəl Madonna Londonda konsert zamanı sərt komendant saatını pozduğuna görə 300 min funt sterlinq (təxminən 35,6 milyon rubl) cərimə ilə hədələnmişdi. Sənətçi şounu saat 22:30-dan sonra davam etdirərək, konsert fəaliyyətlərinə qoyulan məhdudiyyətlərlə bağlı Böyük Britaniya qaydalarını pozmuşdu.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}