Ukraynalı “Yaponiya gözəli” seçilib
Tarix: 25-01-2024 09:29 | Bölmə: Şou-biznes
Ukraynalı “Yaponiya gözəli” seçilib

Ukraynalı Karolina Siino Tokioda keçirilən gözəllik yarışında qalib gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə “News On Japan” portalı məlumat paylaşıb.

Məlumatda deyilir ki, “Miss-Yaponiya-2024” gözəllik müsabiqəsində hakimlər birinci yeri Ukrayna əsilli 26 yaşlı Karolina Siinoya veriblər.

Ternopolda doğulan Karolina beş yaşında ikən ailəsi ilə Yaponiyaya köçüb. Yaponiya gözəli Ayti prefektinin Naqoya şəhərində böyüyüb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}