Məşhur müğənni sənədli film təqdim edəcək
Tarix: 15-02-2024 09:15 | Bölmə: Şou-biznes
Məşhur müğənni sənədli film təqdim edəcək

Amerikalı məşhur müğənni və aktrisa Cennifer Lopez "This Is Me... Now" və "This Is Me... Now: A Love Story" adlı gələcək albomu üzərində iş haqqında sənədli film təqdim edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “Rolling Stone” məlumat yayıb.

Film Amazon “MGM Studios” tərəfindən təqdim olunacaq və “The Greatest Love Story Never Told” adlanır.

Filmin nümayişi fevralın 27-nə planlaşdırılıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}