Sevgilisi məşhur aktyora gigiyenadan dərs keçib
Tarix: 18-07-2024 09:01 | Bölmə: Şou-biznes
Sevgilisi məşhur aktyora gigiyenadan dərs keçib

Məşhur aktyor Bred Pitt İnes de Ramonla tanış olduqdan sonra dəyişdiyini deyib.

Reyting.az
xəbər verir ki, bu barədə özəl mənbəyinə istinadla “In Touch Weekly” məlumat yayıb.

Məlumatda deyilir ki, Hollivud aktyoru Bred Pitin sevgilisi, məşqçi İnes de Ramon kinoulduza şəxsi gigiyena qaydaları öyrədib.

Nəşrin informatoru bildirib ki, Pitt əvvəllər təmizliyə o qədər də əməl etmirmiş. Onun sözlərinə görə, bu, bəzən hətta insident həddinə də çatırıb - guya aktyorun həmkarları Pittdən gələn xoşagəlməz qoxudan şikayət edə bilərdilər. Amma indi aktyor etiraf edib ki, sevgilisi onu gegiyena qaydalarına əməl etmək baxımından dəyişdirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}