13:09 / 25-10-2025
Sabah yağış yağacaq
19:45 / 24-10-2025
Anar Əsədli həbs olunub
Avropada şərab istehlakı azalır
Tarix: 17-10-2025 13:12 | Bölmə: İqtisadiyyat
Avropada şərab istehlakı azalır

Şərab Avropa məkanında hələ də ən çox tələbatı olan populyar içkilərdən olsa da, son illər bunun istehlakı azalır.

Reyting.az
xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2019-cu ildə Avropada ən çox şərab içilən ölkə Fransa olub. Bu ölkədə adambaşına düşən şərabın həcmi 54 litrə çatıb.

Siyahıda Portuqaliya ikinci yerdədir - hər adama düşən şərab payı 50 litr.

Sloveniya adambaşına 44 litr şərabla üçüncü olub.

İspaniya dünyada iri şərab istehsalçı kimi tanınsa da, bu ölkədə şəraba yox, pivəyə üstünlük verirlər.

2023-cü ildə Avropa İttifaqı ölkələri dünya üzrə şərab istehlakının 48 faizini, yəni təxminən 107 milyon hektolitri təşkil edib ki, bu da son 10 ilin orta göstəricisindən 5 faiz azdır.

Ekspertlər bildirirlər ki, insanlar son zamanlar şərabı az içir, əksəriyyət şərabı gündəlik deyil, nadir hallarda içilən bir içki kimi görürlər. Lakin orqanik və "narıncı" şərablara günü-gündən maraq artır.

Gənclər isə daha çox spirtsiz içkilərə üstünlük verirlər.

Yeni təqdim edilən statistikaya görə, hətta Böyük Britaniyada 20-24 yaşlı gənclər belə yaşlı nəsillə müqayisədə iki dəfə az alkoqol istifadə edirlər.

Xatırladaq ki, 2024-cü ildə də şərabla bağlı çox kəskin azalma müşahidə edilib və bütün dünya üzrə şərabım istehlakı ümumilikdə 214,2 milyon hektolitrə çatıb ki, bu da ötən illə müqayisədə 3,3 faiz azalmadır. Bu faiz həm də 1961-ci ildən bəri ən aşağı səviyyədə şərab içkisinə, eləcə də digər növ spirtli içkilərə tələbat göstəricisi hesab olunur. Bu cür azalmanın səbəbi kimi inflyasiya və geosiyasi gərginlik, eyni zamanda həyat tərzində dəyişikliklər göstərilir.

Mütəxəssislərin fikrincə, avropalıların şəraba tələbatında nəzərəçarpan dəyişiklik yoxdur, çünki adambaşına düşən şərabın istehlakı getdikcə azalır. Avropa ölkələrindən olan ekspertlər vurğulayıblar ki, 2025-ci ilin göstəriciləri 2024-cü ildən çox da fərqlənmir.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər