Aparıcı ATV-dən “Xəzər”ə keçib
Tarix: 11-09-2020 14:58 | Bölmə: Şou-biznes
Aparıcı ATV-dən “Xəzər”ə keçib

Tanınmış aparıcı Lalə Azərtaş illərdir çalışdığı ATV telekanalından ayrılır. O artıq “Xəzər” Tv-də fəaliyyət göstərəcək. Bu gün aparıcının ATV-də son çıxışı olacaq.

Reyting.az
xəbər verir ki, o bu barədə İnstaqram səhifəsində yazıb. ATV-lə vidalaşan Azərtaş ürək sözlərini dilə gətirib:

“Cümə ən sevdiyim gündür, həm də mənim üçün önəmlidir. Çünki sonuncu dəfə tamaşaçılarımın görüşünə gələcəm. 2002-ci ildə “ATV”xəbərdəki ilk efirimdə keçirdiyim məsuliyyət var içimdə. Sizi çox sevirəm, sevildiyimi də hiss edirəm. Ona görə sonsuz təşəkkür edirəm.

İş yoldaşlarımla sağolaşanda bir çox şeylər yaşandı. Səmimi göz yaşları,alqış sədaları, “Sevinc”lər… Tamaşaçılar gedişimlə bağlı fikir bildirəndə gözəl vurğulamışdılar ki, “O maddiyat üçün illərlə işlədiyi yerdən getməz.

Yəqin nə isə səbəb olub”. Bəli, əzizlərim səbəb var, amma o məndə qalsın. Hər birimizə uğur olsun. Düşünürəm ki, ATV mənə yalnız uğur qazandırıb, bir çox profildən püxtələşdirib. Ona görə doğma kanalıma səmimi və qucaq dolu təşəkkürlərim var.”




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}