10:46 / 20-10-2025
Su anbarında meyit tapılıb
Qızılın qiyməti yenidən artacaq
Tarix: 20-10-2025 10:35 | Bölmə: İqtisadiyyat
Qızılın qiyməti yenidən artacaq

Son günlər dünya birjalarında qızılın qiymətində ucazlaşma müşahidə edilsə də, bu, uzun çəkməyəcək. Hazırda Nyu-York Əmtəə Birjasında (COMEX) bir unsiya qızıl 4 267 dollara satılsa da, bu, uzunmüddətli artım tendensiyasına təsir göstərməyəcək və qiymətlər yenidən artacaq.

Reyting.az
-ın məlumatına görə, iki gün əvvəl qızılın qiyməti 4 392 dollar olub ki, bu da, bir ticarət günü ərzində təxminən 125 dollarlıq azalma deməkdir. Analitiklər bunu investorların mənfəəti sabit saxlaması ilə izah ediblər.

ABŞ-nın "HSBC" Bankı, "Bank of America", eləcə də "Societe Generale" kimi nəhəng maliyyə qurumları isə fərqli düşünürlər. Amerika nəhəngləri 2026-cı ilə qədər qızılın unsiyasının qiymətinin hətta 5 000 dollaradək çatacağını proqnozlaşdırıblar.

"HSBC" Bankı eyni zamanda da, 2025-ci il üçün orta qiymət proqnozunu 3 455 dollara, 2026-cı il üçün isə 4 600 dollara qaldırıb.

"Goldman Sachs" Bankının analitiklərinin proqnozuna görə, 2025-ci ilin sonuna qədər ABŞ-da, eləcə də dünya bazarında qızılın qiyməti 4 900 dollara və 2026-cı ildə isə daha da yüksəlməklə, təxminən 5 000 dollardan yuxarı olacaq.

Ekspertlərin fikrincə, ümumiyyətlə, qızılın qiymət artımının əsas səbəblərindən biri geosiyasi gərginlik olsa da, digər önəmli və vacib amil mərkəzi bankların qızıl ehtiyatlarını getdikcə artırmasıdır.

Mütəxəssislər bildiriblər ki, qızılın bahalaşmasına təsir edən daha bir ciddi səbəb son zamanlar ABŞ-da faiz dərəcələrinin azalmasıdır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər