Aygün Kazımova yeni klipində beş fərqli obraz yaradıb - Video
Tarix: 26-01-2023 11:10 | Bölmə: Şou-biznes
Aygün Kazımova yeni klipində beş fərqli obraz yaradıb

Xalq artisti Aygün Kazımova ad günündə yenə adət-ənənəsinə sadiq qalıb.

Reyting.az
“Olay”a istinadla xəbər verir ki, müğənni yeni klipini sevənlərinin ixtiyarına verib. “Vəfasızlar unudulmur” adlı mahnının sözləri Şahin İlqar, musiqisi İsmayıl Əsədova məxsusdur. Ekran işi Moskvada lentə alınıb.

Klipin rejissoru və layihənin rəhbəri İbrahim Zahidlidir.

Çəkiliş Rusiyanın məşhur “Mag film Moscow” şirkətinin heyəti tərəfindən aparılıb.

Klipdəki modellər də Rusiyadan seçilib.

Ölkənin əsas ulduzu klipdə beş fərqli obraz yaradıb.

Aygün Kazımova klipdə vəfasızlıqla üzləşən qadın obrazını canlandırıb.









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}