09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Kürdəmirdə 24 yaşlı oğlan özünü asıb
Tarix: 28-11-2023 09:09 | Bölmə: Xəbərlər
Kürdəmirdə 24 yaşlı oğlan özünü asıb

Kürdəmirdə 24 yaşlı oğlan intihar edib.

Reyting.az
xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Kərimov Xəyal Fətəli oğlu özünü yaşadığı evdə kəndirlə asıb.

Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Faktla Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.(Report)




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb