Rusiyanın daha bir generalı həlak olub
Tarix: 29-11-2023 20:08 | Bölmə: Xəbərlər
Rusiyanın daha bir generalı həlak olub

General-mayor Vladimir Zavadski Xarkov vilayətində - xüsusi hərbi əməliyyat zonasında həlak olub.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb.

V. Zavadskinin ölümü barədə Moskva Ali Birləşmiş Silahlı Qüvvələrin Komandanlıq Məktəbinin məzunlarının regionlararası ictimai təşkilatı məlumat yayıb.

Rus generalı noyabrın 28-də İzyum yaxınlığında mina partlaması nəticəsində dünyasını dəyişib.

Zavadski 1995-ci ildə Ulyanovsk Qvardiya Suvorov Hərbi Məktəbini, 2000-ci ildə isə Moskva Ümumqoşun Komandanlıq Məktəbini bitirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb